Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 16:17

İ.Ağazadənin 160 min manatına görə həbs olunan şəxs buraxıldı


İ.Ağazadə

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəni aldadıb 160 min manatını ələ keçirməkdə suçlanaraq həbs olunan Sərməs Tağıyev məhkəmə zalından azadlığa buraxılıb. Mayın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Onun azadlığa buraxılmasını İ.Ağazadə özü istəyib, məhkəməyə də bundan ötrü ərizə göndərib. Yazıb ki, 44-yaşlı S.Tağıyevin üç azyaşlı övladı var, həyat yoldaşı xəstədir. Bu üzdən onun həbsdən buraxılmasını, yüngül cəza verilməsini istəyir.

S.Tağıyev son sözündə əməlindən peşman olduğunu söyləyib.

Məhkəmə onu CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib, 5 il 6 ay cəza verib. Ancaq ona münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunduğundan o, məhkəmə zalından azadlığa buraxılıb.

S.Tağıyev özünü təqsirli bilib. Məhkəmədə deyib ki, İ.Ağazadəni xalası oğlu vasitəsilə tanıyır. Onun sənədsiz evləri olub. Keçmiş deputatla razılaşıblar ki, sənədləri düzələndən sonra evlər satılacaq. Sənədlərin düzəldilməsi üçün də İ.Ağazadədən 160 min manat pul alıb: «İqbal müəllim təklif etdi ki, evlərin sənədlərini hazırlayım. Bunun üçün mənə 160 min manat pul verdi».

O, partiya sədrinə dəymiş ziyanın ödənildiyini də söyləyib.

S.Tağıyev bundan öncə də dələduzluq ittihamıyla mühakimə olunub. Daşınmaz əmlak alqı-satqısıyla məşğul olan S.Tağıyev ipoteka krediti götürməyə kömək etməyə söz verib, müxtəlif adamlardan pul alıb aldatmağa görə cəzalandırılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi şərti cəza ilə onu azadlığa buraxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG