Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:15

İctimai fəal İçərişəhərdəki vəziyyətlə bağlı UNESCO-ya müraciət etdiyini deyir


Bakıda köçkünlərin etirazı - Nələr tələb olunur?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Bakıda köçkünlərin etirazı - Nələr tələb olunur?

İçəri Şəhərdəki Qala divarlarına yaxın tikinti aparmaq olarmı? Qanun bu barədə nə deyir?

Bir həftə əvvəl, 12-ci əsrə aid Qala divarlarının yaxınlığında restoran açılmasına qarşı Facebook-da kampaniya başlamışdı, fəallar tikilinin qanuna zidd olduğunu, qədim divarlara təhlükə yaratdığını deyirdilər.

Qanuni sənədlərə nəzər salaq.

2011-ci ildə təsdiqlənmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə zonasının xüsusi hüquqi rejimi haqqında əsasnamədə deyilir:

4.2. Zonada torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır.

4.3. Zonanın ərazisində Qoruğun qala divarlarının, dünya və ölkə əhəmiyyətli abidələrin qarşısında yeni bina və tikililərin inşası qadağandır.

Hüquqşünas Səməd Rəhimli bu əsasnamənin 4.2-ci bəndini belə şərh edir ki, burda söhbət torpaq işindən- yəni, divarın dibinin qazılması işindən gedir. İkinci məqam mühəndis-kommunikasiya işidir. Yəni ki, qaz, su və sair boruların çəkilməsi. Gözlə görünən odur ki, bu işlərin heç biri hazırda aparılmır.

4.3-cü bənddə isə deyilir ki, qala divarlarının qarşısında yeni bina və tikililərin inşası qadağandır.

Hüquqşünas Səməd Rəhimli deyir ki, Nazirlər Kabinetinin əsasnaməsində- Qala Divarlarının “QARŞISINDA” ifadəsi aydın deyil:

Qarşısında deyəndə, nə qədər aralıq məsafənin qoyulması sənədlə tənzimlənməyib. Ona görə də bu tikintini aparanlar güman ki, bu əsasnamənin qeyri-müəyyənliyindən istifadə ediblər, “qarşısında” ifadəsini bir az məhdud şərh ediblər və qərara gəliblər ki, 1.5 m məsafədə hansısa tikintinin aparılmasına icazə var.

Qoruq İdarəsindən isə AzadlıqRadiosuna bildiriblər ki, görülən işlər heç bufer zonasına düşmür.

Axı kimindir bu restoran?

1-ci vitse prezident Mehriban Əliyeva da aprelin 26-da İçəri Şəhərdə bu məqama toxunub. O, BBC Azəriyə müsahibəsində deyir:

"Mənim fikrim ondan ibarətdir ki, burda olan obyektlər hansı vəziyyətdə idilərsə, o vəziyyətdə, hansı hündürlükdə idisə, eyni o şəkildə qalmalıdırlar. Qala divarlarını heç bir şey bağlamamalıdır”.

Mehriban Əliyevanın bu səfərindən sonra İçəri şəhər Qoruq İdarəsi məlumat yaydı ki, 1-ci vitse-prezident tikililərin 2009-cu ildə qəbul olunmuş baş plana əsasən birmərtəbəli olması haqda tapşırıq verib.

İctimai fəalların bəziləri isə birmərtəbəli tikintiyə də etiraz edir.

Açıqlacaq restoranın sahibi ictiamiyyətə açıq deyil. Qanunla sahibin kim olması kommersiya sirridir.

Qoruq İdarəsinin son qərarı budur ki, tikililər birmərtəbəli olacaq.

İdarənin yaydığı açıqlamada deyilir ki, bu tikintini aparmaq zəruridir:

“Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etməyərək, sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədi ilə aparılan rekonstruksiya işlərindən ibarətdir. Qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirmir”

Ümid UNESCO-ya qalır?

Tarix-Mədəni-Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin koordinatoru Aytəkin İmranova isə deyir ki, birmərtəbəli tikililər belə Qala Divarını görünməz edir və hökumət gərək əsaslandırsın ki, bu restoranların əhəmiyyəti nədir?

“Axı niyə birmərtəbəli olmalıdır ki?! İndi deyəcəklər ki, o qalınlığında qala divarlarına nə təhlükə olacaq? Söhbət ondan getmir. Divarlar görünmürlər axı onun arxasında. Nə ehtiyac var bu restoranları tikməyə?! Hər bir yerdə bir hesablama olmalıdır, bir rəqəmlər olmalıdır. Mehriban Əliyeva özü də dedi ki, əvvəlcədən ictimaiyyətə məlumat verilməlidir ki, ajiotaj yaranmasın”.

Rəsul Həsən
Rəsul Həsən

Başqa bir ictimai fəal Rəsul Həsən bildirir ki, birmərtəbəli binanın inşa olunması ikimərtəbəlidən daha yaxşıdır, amma bütün hallarda Qala Divarının qarşısı bağlanmasa, daha yaxşı olardı. Rəsul Həsən deyir ki, UNESCO-ya müraciət edib ki, tikililərin Qala divarlarına təsiri ilə bağlı ekspertiza keçirilsin.

Bu, ilk dəfə deyil ki, fəallar İçəri Şəhərlə bağlı narahatlıqlarını bildirirlər. 2012-ci ildə istifadəyə verilən Four Seasons oteli tikilərkən fəallar azı doqquz əsr yaşı olan tunelin üstünün bağlandığını, onlarla qədim tikilinin söküldüyünü deyirdilər.

Bəzi memarlar və fəallar bu otelin tikintisinin tarixi memarlıq abidələrini zərbə vurduğunu desə də, rəsmilər tikintinin qanun çərçivəsində aparıldığını bildirmişdi.

AzadlıqRadiosunun bu barədə filminə internet saytımızda baxa bilərsiz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG