Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 08:31

Hüseyn Abdullayev: “Despot klan böhtan kampaniyası aparır”


Hüseyn Abdullayev
Hüseyn Abdullayev

.
“Despot klanının mənə qarşı yönəltdiyi böhtan kampaniyası bu gün də davam etdirilir. Gah yazırlar, mən uzun illər kölgə iqtisadiyyatına nəzarət etmişəm, gah da həyasızcasına iddia edirlər ki, mən bir vaxtlar 2-3 min nəfərdən ibarət silahlı bir dəstəyə sponsorluq edib iş adamlarını təhdid etmişəm”.

Hazırda Almaniyada mühacirətdə yaşayan keçmiş deputat Hüseyn Abdullayev bunları özünün facebook səhifəsində yazıb.

Hüseyn Abdullayev vaxtilə mitinqləri dağıtması haqqında deyilənləri də böhtan adlandırıb:

"O vaxtlar guya mənim rəhbərliyimlə bir qrup idmançı müxalifətin təyin etdiyi mitinqləri dağıdıb və oradakı mitinq iştirakçılarına ağır xəsarətlər yetiriblər. Görünür, bunlarda imkan olsa, Roma Papası II İohan Pavelə qarşı törədilmiş sui-qəsdi də mənim üstümə atarlar”.

Hüseyn Abdullayev giley-güzar da edib:

“Niyə yazmırsınız ki, həmin bu Hüseyn Abdullayev 25 il çalışıb qazandığı sərvətini nəzərə almayaraq, öz yaxın ailə üzvlərinə zərər verə biləcəyini gözə alaraq, qalxıb parlamentdə hakimiyyətin üzünə sərt tənqid edib, aparılan antixalq siyasətinə qarşı çıxdı?

Bəs, niyə demirsiniz ki, adam həbsdən çıxdıqdan sonrada despot Əliyevlə açıq mübarizə apararaq, canından çox sevdiyi yurdunu tərk etməyə məcbur oldu?

Mən 2007-ci ildə parlamentdə kriminal sisteminizi tənqid edərkən, öz vəzifə borcumu yerinə yetirib bir vətəndaş mövqeyimi ortaya qoymuşam”.

2013-cü ildə Hüseyn Abdullayevin «Susma» marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilir.

2007-ci ildə Milli Məclisin deputatı olanda Hüseyn Abdullayev hökumətin hesabatının əvvəlcədən deputatlara verilməməsinə etiraz edəndən sonra onun hökumətlə yolları ayrılmışdı.

Həmin iclasda Hüseyn Abdullayev demişdi ki, «nə vaxta qədər bizi təhqir edəcəklər? Hətta sorğularımıza da cavab vermirlər».

Deputat həmkarı Fəzail Ağamalı ona «otur aşağı» deyəndən sonra hər iki deputat əlbəyaxa olmuşdular. Bundan sonra Hüseyn Abdullayevin mandatı əlindən alınmış, sonra isə həbs olunmuşdu. Həbsdən sonra o, Azərbaycanı tərk edib, hazırda Almaniyada yaşayır.

Azərbaycanda Hüseyn Abdullayev qanunsuz sahibkarlıq və vergi cinayətlərində ittiham edilir.

XS
SM
MD
LG