Keçid linkləri

2026, 23 İyul, cümə axşamı, Bakı vaxtı 18:58

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Neft
Neft

İyulun 23-də "Azeri Light" markalı neftinin bir barelin qiyməti son həftələrdə ilk dəfə olaraq 100 dolları keçib.

Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 423 milyon manat) 42.5 faizi neft-qaz sektorunun hesabına formalaşmalıdır.

Dünya bazarlarında neftin qiyməti ardıcıl beşinci gündür yüksəlib. Bu arada Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə neft tankerlərinə hücumlar edir, ABŞ və İranın qarşılıqlı zərbələri Hörmüzdə hərəkəti yenidən, demək olar, iflic edib.

"Brent" markalı neftin fyuçersləri 2.42 dollar (2.6 faiz) bahalaşaraq 96.49 dollara çatıb. Bu, iyunun 8-dən bəri ən yüksək göstəricidir.

ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı nefti isə bir gün öncə 3 faiz bahalaşmışdı. Bu gün isə daha 1.59 dollar (1.8 faiz) artaraq 88.42 dollara yüksəlib.

Geosiyasi risk

"Phillip Nova" şirkətinin baş bazar analitiki Priyanka Saçdeva bildirib ki, neft bazarı eyni vaxtda həm Bab əl-Məndəb, həm də Hörmüz boğazlarında yaranan fasilələr səbəbindən nadir risklə üzləşib: "Geosiyasi risk yenidən qiymətlərə daxil edilir. Lakin qiymətlərin uzunmüddətli yüksəlişi üçün gəmiçiliyin uzun müddət pozulacağına və ya təchizatın ciddi azalacağına dair sübutlar lazımdır".

İranın dəstəklədiyi husilər iki Səudiyyə neft tankerini hədəf alan hərbi əməliyyat keçirdiklərini bildiriblər. Onların iddiasına görə, Səudiyyə limanlarına üzməmək barədə xəbərdarlıqdan sonra təxminən 10 gəmi geri dönmək məcburiyyətində qalıb. "Reuters" bu iddiaları təsdiqlədə bilməyib.

Husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına tətbiq etdiyi dəniz blokadası Fars körfəzindən kənarda da qlobal enerji təchizatını poza bilər. "MST Marquee" şirkətinin enerji araşdırmaları şöbəsinin rəhbəri Sol Kavonikin sözlərinə görə, Qırmızı dənizdə yaranan yeni təhlükə gündəlik 5 milyon barelədək neft tədarükünü, eləcə də Hörmüz boğazından yan keçən əsas Körfəz ixrac marşrutunu risk altında qoyur.

XS
SM
MD
LG