Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Yanvarın 27-i Holokost qurbanlarının anım günüdür


Miroslaw Celka. Nasist əsir düşərgəsindən sağ şıxanlardan biri. Polşa, 27 yanvar, 2015
Miroslaw Celka. Nasist əsir düşərgəsindən sağ şıxanlardan biri. Polşa, 27 yanvar, 2015

Bu gün-yanvarın 27-i Holokost qurbanlarının beynəlxalq anım günüdür.

Bu gün, 2005-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən elan edilib.

Sovet qoşunları 74 il əvvəl-1945-ci il yanvarın 27-də Polşadakı “Osventsim” ölüm düşərgəsini azad edib. Nasist əsir düşərgələrində ümumilikdə 6 milyon yəhudi öldürülüb.

Bu gün bir çox dünya ölkələrində Holokost qurbanlarının xatirəsi anılıb.

Almaniya kansleri Angela Merkellə xarici işlər naziri Haiko Maas bəyan ediblər ki, antisemitizm və digər növ irqçilik dözülməzdir. Maasa qeyd edib ki, təkcə keçmişi xatırlamaq yox, ondan həm də ibrət götürmək, dərs almaq lazımdır.

İsrail prezidenti Reuven Rivlinsə deyib ki, nasistlərin yəhudi xalqına qarşı törətdiyi cinayətləri bağışlamaq mümkün deyil. Amma o, eyni zamanda qeyd edib ki, alman və yəhudi xalqları arasında tarixi barışıq baş verib.

İsrail prezidenti həmçinin qeyd edib ki, Holokostdan təkcə tarixi bir hadisə kimi danışmaq olmaz, çünki aralarımızda hələ də antisemitizm və nifrət mövcuddur.

Holokost qurbanları yanvarın 27-də Ukrayna və Rusiyada da anılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG