Keçid linkləri

2017, 15 Dekabr, Cümə, Bakı vaxtı 06:30

Hollandiya polisi türklərin aksiya keçirməsini əngəlləyib


Foto:arxiv

Hollandiyada yaşayan türklərin öz ölkələrində keçiriləcək referendumla bağlı dəstək aksiyasına polis imkan verməyib. Polis Rotterdam şəhərindəki Türkiyə baş konsulu ətrafında keçirilən dəstək aksiyasını dağıdıb.

Frans-Press agentliyinin müxbirləri xəbər verirlər ki, polis konsulluq ətrafına toplaşan dinc insanları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Hollandiya hakimiyyəti əvvəlcə iki türk nazirinin referenduma dəstək mitinqində iştirak etməsinə icazə verməyib.

Bu, rəsmi Ankaranı qəzəbləndirib. Baş nazir Binali Yildirim bildirib ki, Türkiyə də bu addımı cavabsız buraxmayacaq.

Hollandiyada və bəzi Avropa ölkələrində Türkiyədə gözlənən referendumla bağlı təbliğat mitinqlərində türk nazirlərinin və rəsmi şəxslərinin iştirakına izacə verməyib.

Martın 11-də Türkiyənin xarici işlər naziri Mevlut Cavushöğlunun təyyarəsinin Hollandiyaya enməsinə izn verməyib, digər ailə məsələləri üzrə nazir Fatima Betül Sayan Kayanın isə maşını geri qaytarılıb.

Bu ilin aprelində Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Tənqidçilər hesab edirlər ki, bu dəyişikliklər hakimiyyətin bir şəxsin əlində cəmləşməsinə və bununla da ölkədə avtoritar sistemin yaradılmasına gətirib çıxaracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG