Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:06

'Qeyri-sabitliyi qoca hökumətlər yaradır' [video]


Bayram Məmmədov: "Sussam böyük qardaş elə bilər qorxuram"
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

Bayram Məmmədov: "Sussam böyük qardaş elə bilər qorxuram"

Azərbaycan hökumətinin ən gənc üzvü - təhsil naziri Mikayıl Cabbarovdur. Onun 40 yaşı var, ən qocaman hökumət üzvü isə - 81 yaşlı baş nazir Artur Rasizadədir.

Sosial mediada tez-tez nazirlər, millət vəkilləri, komitə sədrləri və digər məmurlarının yaşı ilə bağlı müzakirələr gedir. Uzun illərdir eyni şəxsin bir postu tutması tənqidə tuş gəlir.

Buna da bax:​ Nazirlərin orta yaşı

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikrincə, Azərbaycan hökuməti gəncdir, dövlət qurumlarında çalışanların əksəriyyəti də gənclərdir.

O, bu sözləri noyabrın 10-da Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda keçirilən gənclərin respublika konfransında deyib. Əli Həsənov Azərbaycan dövlətinin gənclərin təhsil siyasətinə xüsusi dəstək göstərdiyi də bildirib:

"Bizim gənclər bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və təmsil də edir. Bu gəncliklə biz gələcəyə ümidlə baxa bilərik və baxırıq da. Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsi bir araya gəlməsi dövlətin gücünü təşkil edir”.

Buna da bax:​ Ali məktəbdə 65 yaşda işləmək olar

Bir məmurun orta vəzifədəqalma müddəti 13 ildir

Aysel Əlizadə
Aysel Əlizadə

Yazıçı Aysel Əlizadə Əli Həsənovun gənclərin potensialı ilə bağlı fikirləri ilə razılaşır. Amma deyir ki, bu gənclər heç də hökumətdə təmsil olunmur:

"Dövləti təmsil edəcək gücdə olan çoxlu sayda güclü, istedadlı gənc kadr var. Amma bu kadrlara şərait yaradılırmı? Bu suala ürəklə hə deyə, cavablandıra bilməyəcəm. Çünki nə Azərbaycan hakimiyyətində, nə siyasi elitada, nə də vəzifəli şəxslərin arasında, nə nazirlər, nə deputatlar, nə də rektorlar, məktəb direktorları arasında gənc kadrlar yoxdur. Yəni, biz hər yerdə yaşlı adam görməyə öyrənmiş toplumuq".

Aysel Əlizadə ötən ilki parlament seçkilərində namizədliyini irəli sürən gənclərdən biridir. Bir çox gənc namizəd kimi onun da millət vəkili olmaq arzusu gerçəkləşmədi.

Buna da bax:​ Atadan oğula keçən diktatura...

Azərbaycanda ali vəzifəli dövlət məmurlarının orta yaşı 58-dir (ötənilki hesablamadır - red.). Bir yüksək çinli məmurun orta vəzifədəqalma müddəti isə 13 ildir. 78 yaşlı Ramiz Mehdiyev 21 ildir prezident administrasiyasına rəhbərlik edir. 24 ilidir Daxili İşlər Naziri postunu tutan Ramil Usubovun isə 68 yaşı var.

"Əli Həsənovun vurğuladıqlarının heç biri həqiqət deyil"

Siyasətçi Elman Abbasov bu günlərdə "Yanlış gənclər siyasəti və itirilən gənclik" adlı məqalə yazıb. Öz yazısında qeyd edir ki, ölkədə baş verən bütün neqativ məsələlərin, problemlərin həlli idarəetmə sisteminin dəyişməsindən keçir:

"Əli Həsənovun vurğuladıqlarının heç biri həqiqət deyil. Bu gün Azərbaycanın gəncliyinin nəinki bir şəraiti, evi belə yoxdu. Siyasətdə olan, azad fikir ifadə edən gənclərə qarşı çox ciddi təzyiqlər var. Bunun da nəticəsində savadlı, potensiallı gənclərimiz özlərinə yer tapa bilməyib Azərbaycanı tərk edirlər. Təəssüflər olsun ki, tərk edənlər arasında çoxluq xaricdə təhsil almış, istedadlı, savadlı gənclərdir. Azərbaycan hökuməti bu gənclərdən istifadə etməlidir".

Buna da bax:​ Ramiz Mehdiyevin görünməməsi uzağa gedən suallar yaradıb

Azərbaycanda gənclərin dövlət işinə cəlbi sizi nə dərəcədə qane edir? Gənclərə hansısa bir vəzifə verilirmi? Bakı sakinləri bu suallar ətrafında öz fikirlərini bölüşür:

Baxın:

Gənclərə hansısa bir vəzifə verilirmi?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

Kimsə düşünə bilər ki, yaşlı insanlar daha təcrübəlidir, onları yaşına görə təqaüdə göndərmək o qədər də ədalətli olmazdı, amma, məsələn, 2012-ci ildə Ərəb ölkələrindəki durumu analiz edən “The Economist” jurnalı belə bir qənaətə gəlmişdi:

"Qeyri-sabitliyi qoca hökumət yaradırmış".

Buna da bax:​ Rektorlar yeni təhsil naziri haqda nə düşünürlər?

Məmurların orta yaşı 59-dur

Jurnal öz araşdırmasında qeyd edirdi ki, əhalinin orta yaşı ilə hökumətin orta yaşı arasında böyük fərq olarsa, bu, qeyri-demokratik ölkələrdə stabilliyin pozulması ilə nəticələnə bilər. Azərbaycan statistika komitəsinin məlumatına görə Azərbaycanda orta yaş həddi 35 civarındadır, amma ötən AzadlıqRadiosu hesablamışdı ki, nazir və dövlət komitəsi sədrlərinin orta yaşı 59-dur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG