Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:41

Ramiz Mehdiyevin görünməməsi uzağa gedən suallar yaradıb


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

.

Yüksək rütbəli dövlət məmurlarının vəzifədə qalma müddətinə görə Azərbaycan dünyanın "aparıcı" ölkəsi adına iddialı ola bilərdi. Çünki, Azərbaycanda prezident, baş nazir, parlament sədri ilə yanaşı nazirlər, dövlət komitə və komissiya rəhbərlərinin böyük bir qismi azı 10 ildir öz vəzifələrini icra edirlər.

Bu göstəriciyə görə birincilik 23 ildir öz postunda qalan daxili işlər naziri Ramil Usubova məxsusdur.

İstisnalar da mövcuddur, məsələn, ən gənc məmur sayılan 39 yaşlı təhisl naziri Mikayıl Cabbarov. O da müdafiə naziri Zakir Həsənov kimi vəzifəyə təxminən 2 il öncə gəlib.

(Azərbaycan məmurlarının vəzifə illəri barədə ətraflı məlumat bu infoqrafikada).

“OTURUŞMUŞ HAKİMİYYƏT…”

Bəzi ekspertlər Azərbaycanda islahatların qarşısını alan amillərdən biri kimi məhz "uzunömürlü məmurları" görürlər.

Lakin məmur necə deyərlər, nə qədər əvəzolunmaz görünsə də, elə bir məqam gəlir ki, onun varisi məsələsi ortaya çıxır.

Gələn ay - aprelin 17-də 77 yaşına adlayacaq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də həmin vəzifədəki 20 ilini bu il tamamlayacaq.

Azərbaycan mediasında tez-tez onun işdən kənarlaşdırılacağı, yerinə kimlərinsə gətiriləcəyi barədə xəbərlər dolaşır. Bəs, Ramiz Mehdiyevin vəzifəsini kim tuta bilər?

Mübariz Əhmədoğlu
Mübariz Əhmədoğlu

PREZİDENT ADMİNİSTRASİYANIN RƏHBƏRİ KİM OLA BİLƏR?
Politoloq Mübariz Əhmədoğlu deyir ki, prezident İlham Əliyev bütün vəziyyəti nəzərə alır. Prezidentin hər zaman alternativləri var və atacağı addımları öncədən planlayır:

“Hələ ki, Ramiz Mehdiyev öz vəzifəsinin başındadır. Təxminən bir il öncə yaşı və sağlamlığını nəzərə alaraq prezident İlham Əliyev ona 4 nəfər müavin təyin etdi. Həmin müavinlərdən ikisi prezidentin öz köməkçiləri idi. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, Administrasiyanın rəhbəri postuna elə daxildən bir nəfər seçilə bilər. Amma yenə də xatırladıram ki, Ramiz Mehdiyev hər gün işdədir və öz funksiyasını da icra edir”.

YENİ POST: PA RƏHBƏRİNİN MÜAVİNİ…

2012-ci ilin sonlarında Prezident Administrasiyanın müavinləri postu yaradıldı. Bu posta prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və müdafiə üzrə köməkçisi Vahid Əliyev təyin edildi.

Digər iki nəfərsə administrasiyanın şöbə müdirləri Novruz Məmmədov Zeynal Nağdalıyev idi.

Bu yaxınlarda İlham Əliyev prezident administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovu özünə köməkçi təyin etdi.

Ərəstun Oruclu
Ərəstun Oruclu

NAMİZƏDLƏR VAR, AMMA…
Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu da düşünür ki, ən potensial namizədlər Ramiz Mehdiyevin müavinləri ola bilər. Amma bu sadəcə ehtimaldır:

“Yəni, ilk potensial namizəd müavinlərdir. Amma tamam kənar şəxslər də ola bilər. Namizəd kimi çox adamların adı keçir. Son qərar İlham Əliyevin iradəsindən aslıdır. Burada siyasi bir rasionallıq yoxdur. Bu məsələ bağlı qapı arxasında bir və ya iki nəfərin qərarından aslıdır”.

Hazırda Azərbaycan hakiyyətində rəhbər vəzifələrdə təmsil olunanların orta yaşı 58-dir. 77 yaşlı Ramiz Mehdiyev hakimiyyətdə yaşına görə ikinci şəxsdir, liderliyi 80 yaşlı baş nazir Artur Rasizadə edir.

Son 3 ayda Ramiz Mehdiyev dövlət tədbirlərində görünmür. Onun məzuniyyətə getməsi barədə rəsmi məlumat yoxdur.

Bəzi ehtimallara görə, Ramiz Mehdiyev səhhəti ilə bağlı işə çıxmır. Amma Prezident Administrasiyası bunu nə təsdiq, nə də təkzib edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG