Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:44

'Hökumət pandemiya ilə yaşamağı üstün tutdu'


Arxiv foto, İspaniya
Arxiv foto, İspaniya

Son vaxtlar Azərbaycanda koronavirusa yoluxmada artım davam edir.Halbuki, aprel ayında vurusa yoluxmada azalmalar baş vermişdi. Amma aprelin 27-dən ölkədə karantin rejimi mərhələlərlə yüngülləşdirilməkdədir. Mayın 31-dən isə, ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyəti də bərpa olunacaq.

Düzdür, hazırda bir çox ölkələrdə də koronavirsa görə, tədbiq edilən məhdudiyyətlər yumşaldılır.Amma həmin ölkələrin əksəriyyətində virusa yoluxmanın azalmaqda olduğu bildirilir.

Hökumətin yanaşması

Nazirlər Kabineti , Operativ Qərargahın açıqlaması, 15 aprel 2020
Nazirlər Kabineti , Operativ Qərargahın açıqlaması, 15 aprel 2020

Dünən, mayın 29-da Nazirlər Kabineti yanında Operativ qərargahın təşkil etdiyi mətbuat konfransında həm karantin rejiminin iyunun 15-nə kimi uzadıldığı bildirilib, həm də növbəti yumşaldılma tədbirləri haqqında bilgi çatdırılıb.

Mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov onların yanaşmasına toxunub. Onun sözlərinə görə, bu yanaşmanın bazası ondan ibarətdir ki, əmək fəaliyyəti, iqtisadi fəallıq mümkün qədər bərpa olunsun, eyni zamanda, insanların qapalı yerlərdə, çox sayda, uzun müddət toplaşması istisna edilsin. “Eyni vaxtda həm iqtisadi aktivliyi artırmalıyıq, həm də özümüzü qorumalıyıq. Bu ikisini bir yerdə tətbiq etməyi öyrənməliyik. Bu zaman özümüzü həm xəstəlikdən qoruya biləcəyik, həm də karantin rejimi iqtisadi böhran vəziyyətinə keçməyəcək. Buna görə də vətəndaşların az sayda hərəkət və fəaliyyət azadlığına imkan verilir.”, deyə “Azərbaycan” qəzetində yazıldığına görə, o qeyd edib.

“Karantin şəraitində iqtisadiyyatın uzun ümüddətli dayanıqlığı mümkün deyil”

Rəşad Həsənov, arxiv foto
Rəşad Həsənov, arxiv foto

İqtisadçı Rəşad Həsənov isə mövzu ilə bağlı Azadlıq Radiosuna deyib ki, əksər ölkələrdə iqtisadiyyatn yenidən açılması prosesi koronavirus infeksiyasına yoluxmanın əhatə dairəsinin azalması şəraitində baş verir, Azərbaycanda bu yöndə əks proses gedir:

“Firkimcə, bu həm dünyanın, elə o cümlədən də Azərbaycanın pandemiya ilə yanaşı yaşamağı qəbul etməsi məcburiyyətinin göstəricisidir. Faktiki olaraq, Azərbaycan kimi maliyyə imkanları məhdud, dövlət büdcəsi isə neft qiymətlərinin ucuzlaşması fonunda risk altında olan ölkə üçün

indiki şərtlər və karantin reimi şəraitində iqtisadiyyatın uzun ümüddətli dayanıqlığı mümkün deyil”.

“Ölkədə uçot yoxdur, bu sahə ən bərbad vəziyyətdədir”.

Server xətası

Deyəsən texniki xəta baş verib, Hazırda texniki yardım qrupumuz xətanın səbəblərini araşdırır.

Saytın ünvanını düz yazdığınıza əmin olun, ya da zəhmət olmasa, bunu bir başqa brauzerdə də axtarın

Hökumətin son aylar əhaliyə dəstək proqramlarına gəlincə ekspert hesab edir ki, əhalinin buna ehtiyacı olan əhəmiyyətli hissəsi dəstəkdən kənarda qaldı:

“Bu dəstək çərçivəsində yardımlardan daha çox leqal fəaliyyətlə, leqal bizneslə məşğul olanlar faydalandılar. Qeyri-leqal çaılışan muzdlular kənarda qaldılar, faktiki olaraq proqramların real effekti əhəmiyyətli dərəcədə aşağı düşdü. Həm maliyyə qıtlığı, həm şəffaflığın təmin olunmaması, həm də hədəf qruplarının müəyyən edilməməsi baxımından indiki şərtlər daxilində bunu genişləndirmə mexanimzlərinin tətbiqi çox çətindir. Səbəb də budur ki, ölkədə uçot yoxdur, bu sahə ən bərbad vəziyyətdədir”.

Onun fikrincə, bu baxımdan hökumət yardımı davam etdirməyə yox, iqtisadiyyatn açılmasına, insanların hansısa formada məşğul olmasına üstünlük verdi:

“İnsanlar dolanmalıdırlar ”

Server xətası

Deyəsən texniki xəta baş verib, Hazırda texniki yardım qrupumuz xətanın səbəblərini araşdırır.

Saytın ünvanını düz yazdığınıza əmin olun, ya da zəhmət olmasa, bunu bir başqa brauzerdə də axtarın

Azərbaycan manatı, arxiv foto
Azərbaycan manatı, arxiv foto

“Sosial karantin elan edilmişdisə, onun maliyyə yükü də götürülməli idi. Pandmeiya dövründə dövlətlərdə daha çox bu hal müşahidə olundu. Azərbaycan da buna bənzər bir mövqe ortalığa qoydu. Amma çox zəif mexanizmlə çıxış etdi, odur ki, çox böyük sosial qruplar narazı qaldılar. Bu baxımdan da hökumət pandemiya ilə yaşamağı üstün tutdu. Azərbaycanda artıq, bu istiqamətdə zəruri çağırışlar var, bu çağırşlar iqtisadiyyatın açılmasını məcburi edir, çünki insanlar dolanmalıdırlar”.

Rəsmilərin bildirməsinə görə,pandemiyanın ölkə iqtisadiyyatına, bisnesə və məşğulluğa təsirlərini azaltmaq üçün 3,5 milyard manatlıq paket həyata keçirilib.

Amma müxalifət hesab edir ki, bu rəqəm kifayyət qədər şişdirdilib.

“İnsanlar virusdan daha qorxmurlar”

Əli Əlirzayev, arxiv foto
Əli Əlirzayev, arxiv foto

Başqa bir iqtisadçı, keçmiş deputat Əli Əlirzayev isə son vaxtlar ölkədə koronvirusa yoluxmanın artması ilə bağlı bunları deyib: “Hesab edirəm ki, artıq insanlar bu virusdan qorxmurlar, ona görə də ondan qorunmurlar. Bəlkə də bu yoluxma sayının artımasına təsir göstərir”.

Onun fikrincə, pandemiyanın törətdiyi faciə təkcə insan ölmləri deyil.

O vurğulayıb ki, faicə həm də ölkə iqtisadiyyatının dayanmasıdır, sonradan ayağa qaldırmaq çətin olur:

“Bunun bir hissəsi daxili məsələdirsə, bir hissəsi dövlətlərarası məsələdir. Neftin qiyməti təkcə bizim iradəmizdən asılı deyil, dünya bazarı var, bazarın oyunçuları, maraqları var, məsələ də həmin kontekstdə həllini tapır. Ölkə daxilində də yetərli iş yerləri olması həllini tapmalıdır”.

“ “Mall”ların fəaliyyətə başması iqtisadi tənəzzülün qarşısını almaq məqsədi güdür”

Ə.Əlirzayev daha sonra da deyib:

“Bir-iki ay əhaliyə müəyyn sosial yardımlar olundu ( Aprel və may aylarında 600-min işsiz və karantin dövründə işini itirən şəxsə 190 manat həcimində yardım verildiyi açıqlandı). İqtisadiyyatın bu vəziyyətində bundan sonra yardım etmək imkanları da azalacaq. Çünki istehsal, qazanc, gəlir olmalıdır ki, yardımları davam etdirə biləsən. Elə hesab edirəm ki, böyük ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyətə başması iqtisadi tənəzzülün qarşısını almaq məqsədi güdür. Müəyyən baxımdan onu məqbul saymaq olar”.

İqtisadçı hesab edir ki, şadlıq saraylarının, yas mərasimləri evlərinin fəaliyyəti isə hələ bir müddət dayandırılmalıdır, hər iki mərasim ən sadə şəkidə keçirilməlidir:

“ Amma iqtisadiyyatın daralması öz təsirni göstərəcək və bunu heç kəs inkar edə bilməz. Hələ bir il bundan sonra da iqtisadiyyat pandemiyadan əvvəlki kimi olmayacaq”.

“ Amma iqtisadiyyatın daralması öz təsirni göstərəcək və bunu heç kəs inkar edə bilməz. Hələ bir il bundan sonra da iqtisadiyyat pandemiyadan əvvəlki kimi olmayacaq”.

“Həm sağlamlıq, həm iqtisadiyyat”

Keçmiş deputatın fikrincə, qeyri-neft sektorunu inkişaf etdirməklə xalqın tələbatını təmin etmək əsas məsələlərdən birinə çevrilir.

Onun sözlərinə görə, xam neft yox, xam nefti hazır məhsula çevirmək üçün emal zavodları olsaydı, hazır neft məhsulları satışında problem olmazdı, indi isə bunu etmək mümkün deyil.

O, hesab edir ki, virusdan qorunmağda dövlətlə yanaşı insanlar özləri də maraqlı olmalıdırlar, sosial məsafə, şəxsi gigiyena, özünü izolyasiya tələblərinə riayət edilməlidir.

Xatırlatma

Çin, 15 may 2020
Çin, 15 may 2020

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 367 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 58 nəfər vəfat edib,

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Karantin mayın 4-nə, sonra həmin ayın 31-nə və nəhayət iyunun 15-nə kimi uzadılıb. Amma əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb.
Sabah, mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG