Keçid linkləri

2017, 18 Avqust, Cümə, Bakı vaxtı 03:19

Bu ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 milyard 370,5 milyon manat vəsait daxil olub. Büdcədən 2 milyard 191,7 milyon manat vəsait xərclənib.

Xəbəri Maliyyə Nazirliyi yayıb.

Büdcənin icrasında 178,8 milyon manatlıq profisit yaranıb. Bu məbləğ ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub. Büdcənin gəlirləri ötən ilin oxşar dövrünə nisbətən 0.5% azalıb. Ekspertlərin xərclərin gəlirlərdən azlığını hökumətin sərt büdcə siyasəti ilə əlaqələndirirlər.

Sərt pul-kredit siyasətinə banklar da qoşulub. Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il fevralın 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit qoyuluşu milli valyutada 16 milyard 705,2 milyon manat təşkil edib. Bu da 2016-cı il fevral ayının 1-i ilə müqayisədə 21,2% az deməkdir. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,8 faizini təşkil edib.

“Fitch” beynəlxalq reytinq agentliyi 2017-ci ildə kredit portfelinin 5% azalacağını proqnozlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG