Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 22:48

Hökumət səhiyyənin inkişafından danışan zaman... [video]


Azərbaycanda hər il minlərlə insan müalicə üçün xaricə üz tutur. Onlar arasında ölkədə səhiyyə sisteminin inkişafından danışan hökumət üzvləri də var.

Bu ilin aprelində baş nazirin müavini Abid Şərifov İsraildə ürəyindən əməliyyat olunmuşdu. Yerli media iyunun 4-də energetika naziri Natiq Əliyevin isə təcili Türkiyəyə aparıldığını yazır.

Tibb eksperti Adil Qeybulla düşünür ki, azərbaycanlı nazirlərin və digərlərinin müalicə üçün xaricə getməsi yerli səhiyyəyə inamsızlığı göstərir:

Buna da bax:​ Deputat müalicəyə xaricə getməyin səbəblərindən danışır

Tibb elmləri doktoru Adil Qeybulla
Tibb elmləri doktoru Adil Qeybulla

“Özləri qurduqları bu səhiyyəyə niyə güvənmirlər? Bunlar güvənmirsə, xalq necə güvənsin? Özləri güvənməyib, müalicə üçün xaricə gedirsə, amma adi vətəndaş gedə bilmir. Ölkədə müalicə olunmaq zorundadır”.

Azərbaycan hökuməti bəyan edir ki, ötən illərdə ölkə səhiyyəsi inkişaf edib. Müasir maddi və texniki baza ilə təmin olunub. Bəs, belədirsə, hökumət üzvlərinin özləri niyə müalicə üçün xaricə üz tutur?

Parlamentin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev düşünür ki, bunun səbəbi müasir texnologiyalardan istifadə edə bilən həkimlərin qıtlığıdır:

Buna da bax: 'Səhiyyə nə gündədirsə, həbsxanalarda da durum eynidir' [video]

Musa Quliyev
Musa Quliyev

“Ölkədə tibb güclü inkişaf edib. Ancaq müasir texnologiyalardan və metodlardan istifadə edə bilən həkimlərin sayı kifayət qədər deyil. Buna görə xəstələr xaricə getməyə üstünlük verirlər. Bəlkə nazirin və ya digər məmurun Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəliyi var? Bəlkə onların dünyanın istənilən xəstəxanasından yardım almağa imkan verən tibbi sığortası var?”

Almaniyanın Thüringen xəstəxanasında təcrübə keçən həkim Rəşad Museyibzadə də düşünür ki, Azərbaycanda həkim qıtlığı var. Amma bu yeganə səbəb deyil:

Buna da bax:​ 'Azərbaycan tibb sahəsində 100 il geri qalıb' [video]

"Almaniyaya gələn xəstələrin bəzilərinə diaqnoz qoyulur, amma müalicəsinə imkan yoxdur. Ola da bilir ki, həkimlərin potensialı buna çatmır və ya zəruri aparatlar, avadanlıqlar olmur. Buna görə də həkimlər xəstələri məcbur olub, digər ölkələrə göndərirlər".

Onun fikrincə, bütün bunlar səhiyyə sistemində köklü problemlərin olduğunu göstərir. Bunlardan biri də təhsil problemi idi. AzadlıqRadiosu 3 il öncə ölkənin səhiyyə sistemi ilə bağlı araşdırma etmişdi. Həmin araşdırma üzə çıxarmışdı ki, tibb universitetinin maddi-texniki bazası kasaddır. Tələbələrin heç də hamısı müasir texnikalardan yararlana bilmir. Başqa bir problem ölkədə həkimlərin aşağı əməkhaqqı alması, səhiyyə sistemində rüşvət kimi hallardır.

Buna da bax: 'Azərbaycan və Almaniya səhiyyəsi arasında paralel aparmaq gülməlidir'

Rəsmi statistikaya görə təxminən 70 min Azərbaycan vətəndaşı müalicə məqsədilə xaricə səfər edir. İlk sıralarda İran, Gürcüstan, Türkiyə və digər ölkələr gəlir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG