Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:14

Hirkan Parkında yanğın söndürülüb


arxiv foto

Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövəqladə Hallar Nazirliyinin (FHN) avqustun 24-də yaydığı məlumatda yazılıb.

Məlumatda qeyd edilir, yanğın Hirkan Milli Parkının yüksək dağlıq ərazisini əhatə edirdi. Parkda yanğın avqustun 20-də başlamışdı. Bu yanğının söndürülməsinə «BE 200 ÇS» amfibiya təyyarəsi və helkopterlər cəlb olunmuşdu.

Son günlər ölkənin bir sıra ərazisindəki meşələrdə yanğın qeydə alınıb.

Xatırlatma

Hirkan Milli Parkı Lənkəran və Astara rayonları ərazisində yerləşir. 40358 hektar sahəni əhatə edir. Burada fıstıq, şabalıdyarpaq palıd, vələs, dəmirağac və bir çox ağac növləri mövcuddur. Parkda bəbir, ayı, çöldonuzu, cüyür kimi heyvanların olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG