Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:07

Hicablı qız emodzisi də olacaq


Emodzi-insanlar öz smartfonlarına baxırlar. İllüstrasiya. Arxiv (RFERL Current Time)
Emodzi-insanlar öz smartfonlarına baxırlar. İllüstrasiya. Arxiv (RFERL Current Time)

Apple şirkəti elan edib ki, tezliklə iPhone-a yüzlərlə yeni emodzi əlavə ediləcək. Onların içində hicablı qız da var.

Şirkət yeni emodzilər hazırladığını bu ilin əvvəlində elan etmişdi. Amma onların beta versiyasını gələn həftədən sınaq üçün yükləmək mümkün olacaq.

Bunlar yeni iOS 11.1-in bir hissəsi olacaq.

Yeni emodzilər arasında neytral cinsli, saqqalı, uşaq əmizdirən obrazlar da olacaq. Eləcə də zombi.

Apple söz verib ki, emosiya bildirən işarələr, eləcə də geyim, heyvan və mifik varlıq işarələrinin sayını artıracaq.

Hicablı qız işarəsi Səudiyyə Ərəbistanından olan yeniyetmə Rayouf Alhumedhi-nin emodzi yaradan qrupa müraciətindən sonra yaradılıb.

Yeniyetmə zahiri görkəmcə ona və "müxtəlif irqlərdən olan milyonlarla qadına" bənzəyən emodzi yaradılmasını istəmişdi, bunun indiyəcən yaradılmamasının "anlaşılmaz" olduğunu yazmışdı.

Apple onun müraciətinə bu ilin yayında müsbət cavab vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG