Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:08

Heyvanların müdafiəsi ilə bağlı layihə yoxmuş


İtlər üçün sığınacaq
İtlər üçün sığınacaq

«Heyvanlara sərt münasibətə görə cəzaların sərtləşdirilməsi ilə bağlı ortada konkret qanun layihəsi yoxdur. Ola bilsin, gələcəkdə bununla bağlı qanunvericiliyə əlavələr və ya düzəliş edilməsiylə bağlı nəsə hazırlansın», - Milli Məclisin Aqrar siyasət komitəsindən AzadlıqRadiosuna belə deyirlər.

Bir gün öncə noyabrın 28-də Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov iclasda Azərbaycanda ev və küçə heyvanlarına münasibətin «dözülməz» hal aldığını bildirib. Bununla bağlı cəzaların sərtləşdiriləcəyini deyib. O vurğulayıb ki, həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə əlavələr nəzərdə tutulub:

***Buna da bax-Yandırılan itləri çəkən qadının dedikləri

«Biz bunu hazırlayacağıq. Çünki ölkədə istər vəhşi, istərsə də ev heyvanlarına çox vəhşi münasibət yaranıb. Bu isə yolverilməzdir. Heyvanlara xüsusi diqqət lazımdır».

AzadlıqRadiosu komitə sədrindən və ya üzvlərindən bununla bağlı bəzi suallara cavab almaq istəyib. Amma bu mümkün olmayıb. Sədr də daxil olmaqla, deputatlar gün ərzində zəngləri cavablandırmayıblar.

PARLAMENT KOMİTƏSİ: «BƏLKƏ POLİS GÖRƏNDƏ KİMİSƏ CƏRİMƏ EDƏ BİLƏR»

Komitənin adının çəkilməsini istəməyən əməkdaşı isə deyib ki, hələlik ortada konkret təklif və ya layihə yoxdur.

Özünə sahib axtaran itlər
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

«Mülki Məcəllədə heyvanlara sərt davranmağa görə cəzalar nəzərdə tutulub. Ancaq bu qanun da işləmir. Bəlkə polis kiminsə sərt rəftarını görəndə kimisə cərimə edə bilər. Ümumi götürdükdə isə qanun işləmir», - parlament komitəsindən bildiriblər.

Qanunun işləməmə səbəbləri isə izah edilməyib. Ancaq əlavə edilib ki, heyvanların müdafiəsi məqsədilə vaxtaşırı təşəbbüslərdə bulunanlar olur. Məsələn, ölkə başçısının qızı, Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla Əliyevanın Qobustanda sahibsiz itlər üçün sığınacaq tikdirdiyi və orada təxminən min itin yerləşdirildiyi qeyd olunub: «Məqsəd də itlərin öldürülməməsi, yandırılmaması, onlara əziyyət verilməməsidir».

***Buna da bax-Azərbaycan Avropa Konvensiyasına 'quyruq kəsmək' şərtilə qoşulub

DEPUTAT: «QANUNLARIN SƏRTLƏŞDİRİLMƏSİNDƏN DAHA ÇOX...»

Aqrar siyasət komitəsinin üzvü olmayan deputatlardan da bu məsələ haqda münasibət almaq mümkün olmayıb. Yalnız deputat Asim Mollazadə deyib ki, «qanunların sərtləşdirilməsindən daha çox onların işləməsinə diqqət yetirmək lazımdır». Onun sözlərinə görə, heyvanlara sərt münasibət dözülməz hal alıbsa, uyğun qurumlar öz üzərilərinə düşən işləri görməlidirlər.

Deputat «Yəni siz cəzaları sərtləşdirmədən də indiki qanunvericilik çərçivəsində də mübarizə aparmağın mümkün olduğunu düşünürsünüz» sualına belə cavab verib: «Bu məsələni araşdırmamışam, yetərli məlumatım olmadığından heç nə deyə bilmərəm».

Tbilisidə küçə itlərini saymağa başlayırlar
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

«BƏS İNSANLARI İNCİDƏNLƏR CƏZALANDIRILACAQLAR?»

AzadlıqRadiosunun Facebook səhifəsində bu xəbərə müxtəlif şərhlər gəlib. Məsələn, Elçin Yusifbəyli sual edir: «Bəs insanlar?».

Rihat Həsənli yazır: «Bəs insanları incidənlər necə? Cəzalandırılacaqlar? Milləti yıxıb sürüyürlər, bunlar itlərin dərdini çəkir. Heyvanların da qayğısına qalmaq lazımdır, amma ilk öncə insanların».

***Buna da bax-Hövsan sahibsiz və quduz itlərin oylağına çevrilib

Cəmiyyət Əhmədov da sual edir: «Hörmətli deputatımız, bəs əlində tüfəng yazıq heyvanların, az qala, nəslini kəsən ərəblərə niyə cəza vermədiniz?».

Müşahidəçilərin fikrincə, son illər Azərbaycanı ərəb ölkələrindən gələn imkanlı turistlərə cəlbedici edən ovçuluğa münasib təbiət ərazilərinin və dünyada nəsli kəsilməkdə olan bir sıra heyvanların mövcudluğudur. Ən əsası isə, onlara, qanunla qadağan edilsə də, nəsli kəsilməkdə olan heyvanları ovlamaq imkanı yaradıldığını iddia edənlər var.

AzadlıqRadiosuna gələn bəzi şərhlərdə isə heyvanlara görə cəzaların sərtləşdirilməsində məqsədin «büdcəni doldurmaq» olduğu vurğulanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG