Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:03

Hövsan sahibsiz və quduz itlərin oylağına çevrilib


Sahibsiz it

«İt uşağı tutdu, apardılar Sabunçudakı 3 saylı şəhər Klinik Xəstəxanasına, quduzluğa qarşı iynə vurdular, saxladılar, müalicə elədilər. Axır vaxtlar Hövsanda belə hadisələr tez-tez baş verir».

Hövsan qəsəbəsinin sakinləri küçələrdə sahibsiz, quduz itlərin artmasından narahatdırlar. Qəsəbə sakini Şövkət Məcidova AzadlıqRadiosuna danışır ki, bir də görürsən, günün günorta çağı bir sürü it məktəbdən qayıdan uşaqları qabağına qatıb qovur. Belə anlarda itlərin qarşısına keçib uşaqları onlardan qorumaq cəsarətli ürək tələb edir:

«SÜRÜYLƏ GƏZİRLƏR»

«Bu itlər haradan qəsəbəyə üz verib, bilmirik. Günbəgün də artırlar, sürüylə gəzirlər. Zibilliklərdə sülənirlər, adamlara cumurlar. Bəlkə də Bakının xəstəxanalarına it dişləməsi ilə ən çox xəstə Hövsandan aparılır. Əsas da uşaqlara görə qorxuruq, nəvələrimi məktəbə, bağçaya maşınla aparıb gətiririk, çölə buraxmırıq. Yol getdiyin yerdə qəfil haradan çıxırlar, adama cumurlar, adam özü də çaşıb qalır».

Özünə sahib axtaran itlər
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Sakin İlkin Sadaylı deyir, Hövsandakı kimsəsizlər qəbiristanlığı da itlə doludur. Qəbiristanlığın yaxınlığından keçmək mümkün deyil. Bir də zibilliklərin ətrafında dolaşırlar: «Zibilliklərdə zibil daşır, vaxtında yığışdırılmır. Kənardan itlər də zibilliklərə görə qəsəbəyə dadanıb. Bir də eşidirsən ki, filankəsin uşağını it dişlədi. Quduz it məsələsi qəsəbədə getdikcə ciddiləşir. Qarşısı alınmasa, faciələrə səbəb olacaq. Bələdiyyəyə də yazmışıq, icra hakimiyyətinə də, ancaq problem həllini tapmır».

«HƏR KÜÇƏDƏ ZİBİLLİK YARADIRLAR»

Suraxanı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sahibsiz itlərin qəsəbəyə dadanmasının əsas səbəblərindən biri zibilliklərin artmasıdır. Bu zibillikləri də sakinlər özləri yaradır: «Qəsəbənin müəyyən yerlərində həm bələdiyyə, həm də icra hakimiyyətinin mənzil kommunal şöbəsi tərəfindən zibil qutuları qoyulub. Zibillər də vaxtlı-vaxtında daşınır. Sadəcə, sakinlər özləri, az qala, hər küçədə bir zibillik yaradıblar. Zibilləri qutulara atmağa ərinirlər, qapıdan çıxıb yaxınlıqda özlərinin yaratdıqları zibilliklərə atırlar. Zibillik nə qədər çox olarsa, sahibsiz itlər də çoxalar».

Qurumdan bildirilib ki, durum heç də sakinlərin dediyi kimi deyil. Sahibsiz itlər peyvənd olunur, üstəlik də, Bakı şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi belə itləri tez-tez yığıb aparır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG