Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:22

'Qızmış öküz'lə 'Qorxusuz qız'ın qarşıdurması


Nyu Yorkun mərkəzində, məşhur Wall Street-də “heykəllərin çəkişməsi” başlayıb.

Rəssam Alex Gardega bu küçədə qoyulmuş “Qorxusuz qız” heykəlciyinin yanına balaca it fiquru yerləşdirib. Fiqur elə işlənib ki, sanki it “təbii ehtiyacını” düz qızın ayağının üstündə həyata keçirir.

Gardega bunu, elə həmin küçədə 1985-ci ildə qoyulmuş “Qızmış öküz” (Charging Bull) heykəlinin müəllifi ilə həmrəylik və “Qorxusuz qız” fiqurunun yaradıcısına isə etiraz aktı olaraq edib.

“Qorxusuz qız” fiquru bu küçədə beynəlxalq qadınlar günü ərəfəsində peyda olub.

Heykəltəraş Kristen Visbal bildirir ki, qız fiquru qadın hüquqlarını təcəssüm etdirir. Lakin “Qorxusuz qız” fiqurunun məhz bu məkanda yerləşdirilməsi öküz fiqurunun müəllifi, Arturo Di Modica-nı qəzəbləndirib.

O iddia edir ki, qız fiquru onun öküz fiqurunun mənasına xələl gətirib və abidəni tamamailə gözdən salıb.

Heykəltəraşın dostu Alex Gardega ABŞ mediasına bildirib ki, sözü gedən qız fiqurunun qadın haqları ilə heç bir əlaqəsi yoxdur və bu, öküzün müəllfinə və eləcə də öküzün özünə hörmətsizlikdir.

Qız heykəlini dünyanın ən böyük banklarından olan Global Advisors sifariş edib.

Gareda isə deyir ki, sözü gedən maliyyə firmasının özü də indeks fondunu reklam eləmək üçün sənət adına belə bir sifariş verməklə etik qaydaları pozub.

Bank belə iddialarla razılaşmır və bildirir ki, “Qorxusuz qız” qadınlara liderlik funksiyasının daha çox verilməsinə çağırışı ehtiva edir.

Global Advisors firmasının qənaətinə görə qadınların lider postlarında çox olması iqtisadi artıma xidmət edir.

Digər tərəfdən “ədəbsizlik edən” it fiquru (The Pissing Pug) sosial mediada qızğın tənqid edilir.

Qadın haqları fəalı Amy Siskind Gardega-nı “qadınlarla rəqabətə gücü çatmayan birisi” adlandırır və yazır ki, rəssamın hərəkəti “kişi ağciyərliyi” kimi də qiymətləndirilə bilər.

Gardega-ya bundan ağır söz yazanlar da var.

Bir neçə saatdan sonra Gardega necə deyərlər, “itini yığışdırıb” və gedib. Gedərkən deyib ki, it fiqurunu kiminsə buradan götürəcəyindən narahatdır.

Öküz heykəlinin müəllifi Di Modica məhkəməyə müraciət etməyə hazırlaşır, amma öz dediyinə görə əvvəlcə şəhər bələdiyyəsinin “Qorxusuz qız” fiqurunun onun heykəlinin yanında yerləşdirilməsinə verdiyi icazə sənədlərini görmək istəyir.

"Qorxusuz qız" fiquru bu meydanda müvəqqəti olaraq qoyulmuşdu, lakin hazırda o qədər çox pərəstişkar toplayıb ki, bələdiyyə onun ən azı 2018-ci ilin fevralınadək orada qalmasına qərar verib.

"Qorxusuz qız" fiqurunun indi ABŞ Konqresində də müdafiəçiləri var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG