Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:30

Heydər Əliyev Fondu Bosniyada tibb mərkəzi tikir


Layihənin maliyyə dəyəri açıqlanmır.
Layihənin maliyyə dəyəri açıqlanmır.

Heydər Əliyev Fondu Bosniya və Herseqovinada Təcili Tibbi Yardım Mərkəzi inşa edir. Dünən, martın 7-də Kotor Varoş şəhərində mərkəz binasının təməlqoyma mərasimi keçirilib.

Bu haqda fondun mətbuat xidmətinin məlumatında bildirilir.

Təməlqoyma mərasiminə fondunun icraçı direktoru Anar Ələkbərovun, Kotor Varoş şəhərinin meriyasının, ölkənin səhiyyə rəhbərliyinin və Azərbaycanın bu ölkədəki diplomatik korpusunun əməkdaşlarının qatıldığı bildirilir.

Azərbaycanın birinci vitse-prezidenti və fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdıran A.Ələkbərov təmsil etdiyi ölkədə dini tolerantlığın hökm sürməsindən, çoxlu sayda dini məbədləri təmir və bərpa etmələrindən danışıb.

Buna da bax-Vatikan muzeylərinin təmiri, Xocalı və erməni qırğını

Kotor Varoş şəhəri rəhbərliyi öz çıxışlarında Heydər Əliyev Fondunun sosial-humanitar layihələr həyata keçirməsindən məmnunluqlarını ifadə ediblər.

Mərasimdə məlumat verilib ki, mərkəz yanvar ayında imzalanmış müqavilə əsasında inşa ediləcək. Müqavilə iki mərtəbədən ibarət yeni binanın inşasını və mərkəzin lazımi avadanlıqla təmin olunmasını nəzərdə tutur. Mərkəz ilin sonunadək istifadəyə veriləcək.

Təməlqoyma mərasimi
Təməlqoyma mərasimi

Layihənin maliyyə dəyəri haqda bilgi verilmir.

Tibb mərkəzinin inşası Heydər Əliyev Fondunun Bosniya və Herseqovinada reallaşdırdığı yeganə layihə deyil. Fondun bilgilərinə görə, bundan əvvəl Sarayevoda qurumun təşəbbüsü ilə «Dostluq parkı» yaradılıb, orda Xocalı abidəsi ucaldılıb. Bosniya və Herseqovinada bir sıra tədbirlər, beynəlxalq konfranslar maliyyələşdirilib.

Daha öncə, 2013-cü ildə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclərdən ötrü mərkəz fondun təşəbbüsü və maliyyəsi ilə yenidən qurulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG