Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

Əvvəlki hərrac baş tutmamış sayılıb


Hərrac. Foto arxiv
Hərrac. Foto arxiv

Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 28-də növbəti hərrac keçirib.

Bu haqda komitənin mətbuat xidməti xəbər verir.

Məlumatda bildirilir ki, hərrac zamanı 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla, 10 əmlak özəlləşdirilib.

Özəlləşdirilən əmlakların 7-si Bakıda, 3-ü isə digər şəhər və rayonlarında yerləşir. Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə 31 saylı mebel təmiri sexi, Yardımlı və Şəkidə yerləşən qeyri-yaşayış binaları aiddir.

Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.

HƏRRACIN QALİBİ «AVTOMOTOSERVİS»Ə 600 MİN ÖDƏMƏKDƏN İMTİNA EDİB

Dövlət Komitəsi fevralın 21-də özəlləşdirilən səhmdar cəmiyyətlərin səhm zərflərinin satışı üzrə hərracların nəticələrini də açıqlayıb.

Buna da bax-Hökumət özəlləşdirir, 'Azərbaycan Dəmir Yolları' dirənir

Təkrar hərracda «Avtomotoservis və Ticarət» ASC-nin səhmlərinin 1 ədədi 1 manata satılıb.

Ötən ilin noyabrında bu ASC-nin 25 min 275 ədəd səhminin satışı üzrə hərrac rəqabətli olub. Naməlum investor onlara 600 min manat və ya start qiymətindən 24 dəfə çox ödəmək öhdəliyi götürüb. Sonradan məlum olub ki, hərrac baş tutmamış hesab edilib. Çünki qalib bu məbləği ödəməkdən imtina edib.

Fond bazarının iştirakçıları hesab edir ki, bu ASC-nin səhmləri əslində 8 manatdan ucuz deyil. Bu isə müəssisənin tutduğu 1 hektar ərazinin Bakının tanınan yerində, «Şəki» restoranının yaxınlığında olması ilə bağlıdır.

«AZƏRXALÇA»NIN 4 ƏMLAKI HƏRRACA ÇIXARILACAQ

Komitə növbəti hərracı martın 7-nə təyin edib. Həmin hərraca 17 kiçik dövlət müəssisəsi, 21 səhmdar cəmiyyətinin səhmləri, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və ləğv edilmiş «Azərxalça» Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı çıxarılacaq.

Buna da bax-Özəlləşdirmə çeklərini kimin tabutuna yapışdıraq?

XATIRLATMA

2016-cı il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb.

Bundan sonra ölkədə özəlləşdirmənin yeni mərhələsi start götürüb. Bir sıra hərraclar keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG