Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 06:32

Hərbi hissələrdə 'Açıq qapı' günü keçirilib


Orduda "Açıq qapı" günü, 17 mart 2019

Bu gün, martın 17-də Novruz bayramı münasibəti ilə hərbi hissələrdə əsgər valideynləri, ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinə “Açıq qapı” günü keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti də hərbi hissələrdən birində təşkil edilən “Açıq qapı” günündə olub və şəxsi heyətlə birlikdə bayram şənliyində iştirak ediblər.

“Tədbirdə hərbi hissəyə gələn vətəndaşlar yaradılan şəraitlə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanaya baş çəkiblər”, nazirlik bildirir.

Son illər Azərbaycandakı hərbi hissələrdə bayramlar ərəfəsində belə tdbirlər keçirilir.

Bu il bahar fəsli Azərbaycana martın 21-də saat 01:58-də qədəm qoymalıdır.

Orduda "Açıq qapı" günü, Müdafiə naziri Zakir Həsənov əsgər və valideynlərlə birgə nahar edir
Orduda "Açıq qapı" günü, Müdafiə naziri Zakir Həsənov əsgər və valideynlərlə birgə nahar edir

Multimedia

XS
SM
MD
LG