Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 20:33

Hökumət meşə materialı ixracını sərtləşdirir


Taxta bazarı.
Taxta bazarı.

Nazirlər Kabineti ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələrinə yenidən baxıb.

Martın 28-də verilən və martın 30-da açıqlanan 113 nömrəli qərara əsasən, 30 gündən sonra bir çox çeşiddə meşə materialı ixracına görə ağır gömrük rüsumları ödəniləcək.

Buna da bax:​ Taxta-şalban ixracına rüsum tətbiq edilir

Meşə materialına rüsum tətbiq edilməsi Dövlət Gömrük Komitəsinin (DGK-nın) təşəbbüsüdür. Bu təşəbbüslə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər dövlət qurumları razılaşıb. Qərara əsasən, 1 kubmetr meşə materialı ixrac edəndən min ABŞ dolları gömrük rüsumu tutulacaq.

Hər meşə materialından söhbət getmir

Söhbət bütün növ meşə materialından deyil, 4401, 4403, 4404 və 4407 mal nomenklaturası üzrə təsnifləşdirilənlərdən gedir. Bu, şalban, emal edilməmiş meşə materialı, çəllək oduncağı, 6 mm-dən çox qalınlığı olan meşə materiallarından gedir.

Buna da bax: Divar kağızı deyib keçməyin, söhbət 117 milyon dollardan gedir

DGK-nın illik hesabatlarına görə, 2015-ci ildə Azərbaycandan 611,9 kubmetr, ötən il bundan 3,9 dəfə çox - 2 min 388,2 kubmetr müxtəlif meşə materialı ixrac olunub. İxracatdan daxilolma isə artmaq əvəzinə, 7750,2 min dollardan 706 min dollara enib. Ötən il hökumət inək və qoyun dərisinin ixracına da (1 tona görə 350-500 dollar) rüsum tətbiq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG