Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:10

'Azərbaycana gələn hər bir idmançı 90 avro ödəyir'


Arxiv foto

" Festivalı qəbul edəcək bütün idman obyektləri, Atletlər Kəndi, bütünlükdə Bakı bu Festivala tam hazırdır".

" Turan" Agentliyi xəbər verir ki, bunu bu gün, iyulun 21-də Gənclər və İdman naziri Azad Rəhimov "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.

Nazir bildirib ki, 48 ölkə atletlərinin iştirakı ilə baş tutacaq 7 günlük festival atletlərdə, idman həvəskarlarında, jurnalistlərdə unudulmaz anlar, xoş xatirələrlə iz buraxacaq. O vurğulayıb ki, açılış mərasiminə 6700 bilet satılıb.

Rəhimov EYOF-un büdcəsi ilə bağlı suala belə cavab verib:

"Azərbaycana bu yarış üçün gələn hər bir idmançı 90 avro pul ödəyir. Bura 3 dəfə yemək və qalmaq daxildir. Nəqliyyat və uçuş xərclərini hər bir ölkə özü ödəyir".

Bəzi müxalifət tmsilçiləri və ekspertlər isə Azərbaycanın bu festvalın xərclərini öz üzərinə götürdüklərini bildirirdilər.

Bu gün, iyulun 21-də saat 20:00 da Bakı Kristal Zalında Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək. Yarış iyulun 27-də yekunlaşacaq.

Ancaq iyulun 21-də səhər satlarından, artıq bəzi idman növləri üzrə yarışlar başlayıb.

Xatırlatma

Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq məqsədilə 1990-cı ildə irəli sürülüb.

Bu Festival 14-18 yaş arası gənc Avropa atletlərindən ötrü çox idman növlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçika paytaxtı Brüsseldə keçirilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG