Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:38

Həmsədrlər: "Ermənistan Azərbaycan əsgərinin meyitini hələ də qaytarmayıb"


OSCE

ATƏT-in Minsk qrupu Yeni il ərəfəsində Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşma ilə bağlı bəyanat yayıblar.

“Bakı ilə Yerevan bir-birini dekabrın 29-da sərhəddə hücuma cəhddə günahlandırırlar. Ermənistanın silahlı qüvvələri həmin vaxt həlak olan Azərbaycan hərbçisinin meyitini hələ də özündə saxlayır. Atəşkəs rejiminin pozulması qəbuledilməzdir və güc tətbiq edilməməsi ilə bağlı tərəflərin üzərlərinə götürdüyü öhtəliyə ziddir”, deyə Igor Popov(Rusiya), Stephane Visconti (Fransa) və Richard Hoaglandın (ABŞ) yaydıqları birgə bəyanatda bildirilir.

Həmsədrlər Azərbaycan və Ermənistan liderlərini 2016-cı ildə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmalara ciddi əməl etməyə, həmçinin 2010-cu il Həştərxan razılaşmasında nəzərdə tutulduğu kimi insan cəsədlərini təcili qaytarmağa çağırırlar.

Həmsədrlər bir daha tərəfləri qarşılıqlı ittihamları dayandırmağa və vəziyyətin sabitləşdirilməsi üçün lazımi addımlar atmağa çağırırlar.

Bəyanatın sonunda həlak olan hərbçilərin ailələrinə başsağlığı verilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

XS
SM
MD
LG