Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:27

Konqresdə Azərbaycanda mətbuata basqılardan danışılıb


Konqres
Konqres

Oktyabrın 4-də ABŞ Konqresinin Helsinki Komissiyası Rusiya və post-sovet ölkələrində jurnalistlərə hücumlarla bağlı brifinq keçirib.

«Amerikanın səsi»nin xəbərinə görə, brifinqdə Azərbaycan və digər post-sovet ölkələrində jurnalistlərin rolu, cəmiyyətə təsiri, onların təhlükəsizliyi müzakirə edilib. Habelə, ATƏT regionundakı ölkələrdə mətbuat azadlığının vəziyyəti və müdafiəsi nəzərdən keçirilib.

***Buna da bax-Senatda korrupsiyalaşmış hakimiyyətlərdən danışıldı

Tədbir zamanı diqqət ayrılan ölkələrdən biri də Azərbaycan olub. Panel iştirakçıları Azərbaycanda mətbuat azadlığının çox pis vəziyyətdə olduğunu və hökumətin müstəqil jurnalistikanı əngəlləməkdən ötrü əlavə səylər göstərdiyini bildirib.

Panel iştirakçıları arasında yer alan «Amerikanın Səsi»nin direktoru Amanda Bennett deyib ki, post-Sovet ölkələrində fəaliyyət göstərən jurnalistlərinə təqiblər artıb. A.Bennett bu ilin avqust ayında «Amerikanın Səsi»nin Bakı müxbirlərinin Vergi Nazirliyinə dəvət edilərək, orada dindirildiyini qeyd edib. Tədbirdən sonra A.Bennett müstəqil jurnalistikanın, eləcə də AzadlıqRadiosu və «Amerikanın Səsi» kimi mətbuat orqanlarının vacibliyindən bəhs edib.

***Buna da bax-AzadlıqRadiosu Azərbaycan hökumətini Avropa Məhkəməsinə verir

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Cənubi Qafqaz proqramlarının koordinatoru Nina Ognianova Azərbaycanı jurnalistlərə basqıların olduğu ölkə kimi dəyərləndirib.

«Əliyev hakimiyyətdəki müddəti ərzində müstəqil və müxalif media orqanlarını, qeyri-hökumət təşkilatlarını, müxalif fəallarını təqib edib. Onun sərt tədbirləri nəticəsində bir çox insan xarici ölkələrə gedib, dövlət orqanları isə tanınmış tənqidçiləri həbs edib. Təkcə bu il ərzində Azərbaycan hökuməti 6 jurnalist həbs edib. Təəssüf ki, Azərbaycan artıq öz repressiv hərəkətlərini xarici də ixrac edir», - o bildirib.

AzadlıqRadiosunun direktoru Thomas Kent isə çox sayda jurnalistlərinin təqiblərlə üzləşdiyindən danışıb. Xüsusilə də Rusiyada onların fəaliyyətinə əngəllər və məhdudiyyətlərin tətbiq edildiyini vurğulayıb. T.Kent AzadlıqRadiosunun Bakı bürosunu bağladığına görə Azərbaycan hökumətini məhkəməyə verdiklərini də qeyd edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG