Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 01:09

Köç vaxtı Hələbdə yüzlərlə adam itkin düşüb


Syria, Hələb şəhəri, 9 dekabr 2016

Suriyanın Hələb şəhərində on minlərlə adam müxalifət qüvvələrinin əlində olan bölgələrdən hökumətin nəzarət etdiyi ərazilərə keçib.

BMT bildirir ki, həmin vaxt yüzlərlə adam itkin düşüb.

Suriya ordusu son həftələrdə Hələbin şərqində müxalifət qüvvələrin əlində olan yaşayış məntəqələrinin 75 faizini geri alıb. Bu ərazilər son 4 ildə üsyançıların əlində olub.

BMT insan haqları komissiyasının sözçüsü Rupert Colville deyib ki, yüz minə qədər dinc sakin hələ də müxalifətin nəzarətində olan bölgələrdədir.

BMT sözçüsü deyib ki, köç vaxtı hökumət qüvvələri 30-50 yaş arasında olan kişilərin bir qismini sorğu-sual edilmək üçün naməlum istiqamətə aparıb. Bundan başqa üsyançılar da dinc sakinlərdən qalxan kimi istifadə edir.

XS
SM
MD
LG