Suriyanın Hələb şəhərində ötən gecə endirilən hava zərbələri nəticəsində azı 10 nəfər ölüb.Onlarla adam yaralanıb. Onların arasında uşaqlar da var.
Bu haqda Londondakı Suriya İnsan Haqları Mərkəzi məlumat yayıb.
BMT-nin humanitar məsələlər üzrə məsləhətçisi Yan Egaland deyib ki, müxalifət yaralıların çıxarılması v əraziyə yardımların çatdırılmasına görə humanitar dəhlizin açılmasına razıdır. İndi Dəməşqdən rəsmi razılıq gözllənilir.
Hələbdə 250 min dinc sakin var. Onların tibbi yardıma, ərzağa və yüzlərlə yaralının şəhərdən çıxarılmasına ehtiyacı var.