Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Həcc ziyarəti 1000 dollar bahalaşıb


Kəbə
Kəbə

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti isə bir nəfərə görə 5 min 350 ABŞ dolları müəyyən olunub. Bu barədə "Turan"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Vurğulanıb ki, mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır. Həcc ziyarətinə getməzdən 72 saat əvvəl PCR testi verilməlidir: "Həmçinin, iki doza vaksin tələb olunur. Azərbaycanda icazə verilən bütün vaksinlər ziyarət üçün keçərlidir".

Koronavirus pandemiyası səbəbindən son iki ildə (2020-2021) Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb. QMİ-dən verilən məlumata görə, 2020-ci il üçün Həcc ziyarəti kvotası 1 min 500 nəfər müəyyən edilmişdi. Ziyarətin qiymətinin isə həmin il 4 min 490 ABŞ dolları olacağı bildirilmişdi.

Azərbaycanda Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son illər Azərbaycanda zəvvarların sayında azalma, qiymətdə bahalaşma var.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır. Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG