Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Azər Qasımlı: 'Bu bizə təzyiq idi'


Azər Qasımlı, 2016
Azər Qasımlı, 2016

“Mənim İnizbati Xətalar Məcəlləsi ilə 30 gün iznibati cəzaya məhkum olunmağım hər hansı xəta törətməm ilə yox, siyasi fəaliyyətimlə bağlıdır. Bu bizə təzyiqdir” .

Bunu REAL Partiyasının iyunun 28-i səhər saatlarında inzibati həbsdən çıxan Ali Məclisinin üzvü Azər Qasımlı bildirib.

A.Qasımlı deyib ki, mayın 29-da Baş Prokurorluqdan zəng gəlib, onu birinci müavin Rüstəm Usubovla görüşə dəvət ediblər. Amma gəldikdən sonra prokurorluğun mətbuat xidmətinin rəhbər ilə görüşüb:

“Mətbuat xidmətinin rəhbərilə görüşdə bizim Bakı Şəhər İcra Hakimiyyətindən icazə almadan yürüş keçirməyimiz qanunu pozmağımız kimi dəyərləndirildi. Halbuki, REAL Partiyası olaraq Xocalı faciəsinin il dönümü zamanı da belə yüyüşləri olub. Heç bir rəsmi qurumdan da icazə almamışıq. Həm də xəbərdarlıq edildi ki, bir daha qanunvericiliyi pozmayaq”.

A.Qasımlı deyir ki, bundan sonra 26 saylı Polis Bölməsinə çağrılıb, polisə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkməsinə aparılıb:

“Burada maraqlı olan bu idi ki, polis nəfərləri onları söymədiyimi dedilər və pilisə müqavimət göstərmədiyimi bildirdilər. Bununla belə mənə 30 sutkalıq inzibati cəza verildi”.

Azər Qasımlının bu açıqlamasına, hələlik,Yasamal Rayon Məhkməsindən və Baş Prokurorluqdan münasibət almaq mümükün olmayıb

Xatırlatma

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü A.Qasımlıya 30 sutka həbs cəzası verilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah edib.

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL Partiyasının üzvlərinin və başqa fəalların iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Mayın 30-da da partiyanın daha bir neçə fəalına inzibati həbs verib. REAL Partiyasının fəallarının hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir. Onlardan bəzisi artıq buraxılıb, bəzilərinin həbs müddəti isə iyunun 29-da başa çatır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG