Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Həbsdəki cəbhəçi gənc prokurorluğu məhkəməyə verib


Ruslan Həsirli
Ruslan Həsirli

AXCP Gənclər Komitəsi Məclisinin həbsdə olan sədri Ruslan Nəsirli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsini məhkəməyə verib. Bu barədə AzadlıqRadiosu-na cəbhəçi gəncin ailə üzvləri məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, səbəb R.Nəsirli mayın 26-da həbs olunandan bəri onun ailə üzvlərilə telefon danışığına və görüşməyinə qadağa qoyulmasıdır.

“Təxminən üç ay biz deyirdik qadağa var, onlar təkzib edirdilər. Təcridxana rəhbərliyi rəsmi cavab verirdi ki, “biz heç bir qadağa qoymamışıq”. Prokurorluq da öz üzərinə götürmürdü. Nəhayət, avqustun 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində rəsmi qərar çıxarılıb. Orada yazılıb ki, istintaq zərurətiylə əlaqədar prokurorluğun qərarıyla Ruslan Nəsirli və o iş üzrə həbs olunan digərlərinin telefon danışığı, görüş hüququ məhdudlaşdırılıb”, – R.Nəsirlinin yaxınları bildirib.

Prokurorluğun qərarının qanunsuz sayılaraq ləğv olunmasını istəyən R.Nəsirlinin şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, daha əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

Onlarin saxlanmasıyla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (ortalama 700 min manatdan) gedir.

Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələriylə ittiham irəli sürülüb.

Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin rəhbərlik etdiyi partiyaya qarşı növbəti repressiya dalğası olduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG