Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Məmməd İbrahimi həkimlər yoxlayıb, amma...


İyunun 25-də Məmməd İbrahimin həbs olunmasından 1000 gün keçir
İyunun 25-də Məmməd İbrahimin həbs olunmasından 1000 gün keçir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müşaviri Məmməd İbrahimin gözündə problemin ciddiliyini qoruduğu bildirilir.

Bu barədə Azadlıq Radiosu-na Məmməd İbrahimin oğlu Turan İbrahim məlumat verib.

Onun sözlərinə görə, M.İbrahimin sağ gözündə ciddi problem var.

“Bir gözü görmür”, deyən T.İbrahimin deməsinə görə, Penitensiar Xidmətin həkimləri atasını müayinə ediblər.

“Amma atam deyir ki, normal baxmırlar. Gözü görmür, həkimlər cihaz-falanla yox, əlləri ilə yoxlayıblar. Ona dərman yazıblar, amma problem keçmir”.

T.İbrahimin bildirməsinə görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi onlara deyib ki, başqa həkim gəlib, atasını müayinə edə bilər

“İndi çalışırıq ki, həkim tapaq. Bundan sonra vəkili gərəkli müraciətləri edəcək ki, həkim onu müayinə edə bilsin”.

T. İbrahim bir həftə öncə isə Azadlıq Radiosuna demişdi ki, atasının xəstə gözündən qara su gəlir:
“Həkimlərlə məsləhətləşmələr apardıq. Buna qlükoma (göz təzyiqi-r). xəstəliyi deyilir. Yüksək müalicə ala bilmədiyi halda sağ gözünün korluğuna səbəb ola bilər”, deyə oğlu bundan öncə vurğulamışdı.

Bütün bu açıqlamaya, hələlik, Penitensiar Xidmət rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu gün, iyunun 25-də M.İbrahimin həbsindən 1000 gün keçir. Onun cəzasının bitməsinə 95 gün qalıb.

O, AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə qarşı fiziki qüvvə tətbiqində ittiham olunan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istəyərkən M.İbrahim onlara da fiziki qüvvə tətbiq edib.

Bundan sonra M.İbrahimə ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Məmməd İbrahim ittihamları qurama sayir və həbsini siyasi fəaliyyəti ilə izah edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG