Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Ermənistanda Hayastan xeyriyyə fondunun direktoru saxlanıb


Ara Vardanyan
Ara Vardanyan

Ermənistanda Hayastan xeyriyyə fondunun direktoru saxlanıbmənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bildirir ki, ümumerməni Hayastan fondunun direktoru Ara Vardanyan saxlanıb.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyunun yazdığına görə iyulun 2-də saxlanmış Vardanyan fondun vəsaitlərinin mənimsənməsində və vəzifəsindən sui-istifadədə ittuham olunur.

Bu da xəbər verilir ki, Vardanyan faktların təzyiqi altında fondun 25 milyon dramlıq (52 min dollar) kredit kartından şəxsi məqsədlər üçün istifadə etdiyini, hətta bu pullarla internet kazinosunda oynadığını boynuna alıb.

Onun sözlərinə görə Vardanyan kredit kartından xərclədiyi pulları fonda ianə edilmiş vəsaitlərin hesabına geri ödəyib. Bundan sonra Vardanyan bu tranşları mühasibat saxtakarlığı ilə ört-basdır edib.

Azatutyun xəbər verir ki, o təkcə son həftə ərzində fondun bank kartından internet kazinosuna 14 milyon dram (29 min dollar) köçürüb.

Onun 2016-2018-ci illər ərzində kazinoya köçürdüyü pullar ümumilikdə 130 milyon dram (270 min dollar) təşkil edib.

Hazırda Hayastan xeyriyyə fondunda mümkün mənimsəmə və fırıldaqçılığın aşkar edilməsi məqsədilə araşdırma aparılır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG