Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Bakıda 36, bəzi rayonlarda 40 dərəcə isti gözlənir


arxiv foto
arxiv foto

İyunun 25-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti proqnozlaşdırılır.

İyunun 25-də Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG