Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Bəzi rayonlarda yağış gözlənir


arxiv foto
arxiv foto

Avqustun 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir.

Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyininəsəcəyi, axşama doğru mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-24, gündüz 25-29, Bakıda gecə 22-24, gündüz 26-28 dərəcə isti gözlənir.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Gecə 19-24, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti proqnozlaşdırılır.

XS
SM
MD
LG