Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda gecə 0-2 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.