Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:48

Bakıda şimal küləyinin yenidən güclənəcəyi gözlənir


Avqustun 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.

Mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-22, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti təxmin edilir.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağının gözləndiyi bildirilir. Gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 isti proqnozlaşdırılır.

Nazirlik xəbərdarlıq verir ki, avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənir.

Avqustun 13-ü və 14-də, dağlıq, dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Bəzi yerlərdə yağıntının leysana keçəcəyi təxmin edilir .

XS
SM
MD
LG