Fevralın 12-də Bakıda və Abşeron yarımadasında arabir bəzi yerlərdə yağıntılı hava olacaq. Qar yağacağı gözlənilir. Yarımadada gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinnin xəbərinə görə, bölgələrdə də arabir yağıntılı olacaq. Qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq. Gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.