Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 03:08

Yenə qar yağacaq


Foto: arxiv

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənir. Bəzi yerlərdə yağıntı intensiv olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Multimedia

XS
SM
MD
LG