Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:56

Bakıda güclü külək, bəzi rayonlarda qar gözlənir


Bakı, 16 dekabr 2017

Martın 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında isə arabir yağış yağacağı, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı təxmin edilir. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-7 dərəcə isti təxmin edilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG