Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 1-4° isti, gündüz 6-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.
Ölkənin rayonlarında da yağmursuzhava olacaq. Gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.