Dekabrın 11-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə və axşam yarımadanın bəzi yerlərində havanın çiskinli olacaq.
Abşeron yarımadasında gecə 0-3, gündüz 5-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.
Bölgələrdə də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.