İyunun 26-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, simal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.
İyunun 26-da Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, bəzi yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti təxmin edilir.