Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Azərbaycan hökumətinə müraciət edir


ABŞ-ın ATƏT-dəki səfiri Harry Kamian
ABŞ-ın ATƏT-dəki səfiri Harry Kamian

ATƏT-in media azadlığı üzrə nümayəndəsiHarlem Désir-in növbəti hesabatına reaksiyasında ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harry R. Kamian deyib ki, onun ofisi Azərbaycanda jurnalist Əfqan Muxtarlı barədə ötən ilin 12 yanvarında çıxarılmış hökmdən hələ də narahatdır.

Onun sözlərinə görə Muxtarlıya qarşı ittihamların siyasi motivli olduğuna geniş şəkildə inanılır.

Harry R. Kamian-in bəyantında deyilir: “Biz Azərbaycan hökumətini cənab Muxtarlının və ifadə azadlığından istifadəyə görə məhbus edilmiş başqalarının azadlığa buraxılmasına çağırırıq”.

Bundan başqa ABŞ-ın ATƏT-dəki nümayəndəsi Azərbaycan hökumətini jurnalist Xədicə İsmayılovanınvə başqalarının peşəkar fəaliyyətlərinə qoyulmuş məhdudiyyətlərin qadırılmasına, müstəqil internet media platformalarının bloklanmasına son qoyulmasına çağırır.

Azərbaycan hökuməti bundan əvvəl belə bəyanatlara cavab olaraq bildirib ki, Azərbaycanda heç bir media üzərinə basqı yoxdur və bəyanatlarda adları çəkilən jurnalistlər peşəkar fəaliyyətlərinə görə məhbus edilməyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG