Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:32

Bakı trekini ən çox tərifləyən Hamilton-un ən böyük uğursuzluğu


Lewis Hamilton
Lewis Hamilton

31 yaşlı britaniyalı deyib ki, bu onun həyatında ən pis sıra kvalifikasiyası olub

2008, 2014, 2015 Formula 1 yarışlarının dünya çempionu Lewis Hamilton deyib ki, Bakı Avropa Grand Prix-ində karyerasının ən pis sıra kvalifikasiyası yürüşünü edib.

O bir saatlıq yarış sessiyasında bir neçə səhvin ardınca qəzaya uğrayıb və növbəti yürüşü 10-cu yerdə başlayacaq.

Beləliklə, bazar gunu keçirilən əsas yarışda starta birinci movqədən baslamaq Nico Rosberg-ə qismət olub.

31 yaşlı britaniyalı BBC-yə deyib ki, bu onun həyatında ən pis sıra kvalifikasiyası olub.

Hamilton qəzadan az sonra
Hamilton qəzadan az sonra

Hamilton bildirib ki, o buraxdığı səhvlər üzərində ciddi düşünməli olacaq.

Sürücü deyib ki, bu yalnız onun öz səhvidir və nə komandanın, nə də maşının burda təqsiri var.

Hamilton söyləyib ki, o məşq yürüşündə uğurla keçdiyi döngələri, yarış günündə eyni rahatlıqla keçə bilməyib. Sürücü bəzi yerlərdə tormozunun tutmadığını deyib.

Formula 1 şərhçiləri bildirirlər ki, Hamilton üçün bu yarışda uğur qazanmaq, çox güman mümkün olmayacaq və Bakı Grand Prix-ində ümumi hesabda Hamiltondan 9 xal irəlidə gedən Rosbergin sanslari daha yüksək qiymətləndirilir.

Gülmə qonşuna…

Hamilton bildirib ki, 10-cu yer olduqca əlverişsizdir, lakin o mümkün olan xalları toplamağa çalışacaq.

O yürüşü başa çatdırmaq və Nico-nun çox da aralanmasına yol verməmək niyyətində olduğunu deyib.

Hamilton əlavə edib ki, hətta indinin özündə qələbəyə ümidini itirməyib.

Formula 1 şərhçiləri bu nikbinliyi o qədər həvəslə bölüşmürlər, çünki Hamiltonun təkərlərinin nə vəziyyətdə olduğu bəlli deyil.

Formula 1-in qaydalarına görə sürücü növbəti yürüşü 2-ci kvalifikasiya yürüşündə ən yüksək sürəti kəsb etdiyi təkərlərlə başlamalıdır.

Hamilton təkərlərin hazırkı vəziyyətdə özlərini necə aparacağını bilmir.

Şərhçilər bunu da xatırladırlar ki, Hamiltonun səhvləri artıq Rosberg-in yürüşünü bir dəfə mənfi təsirləndirib.

Rosberg də Bakı trekini tərifləyib. O deyib ki, bu trekdə yürüş doğrudan da həyəcanvericidir.

Hələ məşq yürüşündə çox yaxşı nəticə göstərən Hamilton da treki tərifləmiş, hətta təhlükələrdən gileylənən sürücüləri qınamışdı.

Hamilton demişdi ki, “onlar kələ-kötürsüz düz yer axtarırlar…”

İndi isə ehtiyat edənlərin haqlı çıxdığı bəlli olur.

XS
SM
MD
LG