Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:49

Hakimiyyət yeni siyasi həbslər dalğasına hazırlaşır?


Xədicə İsmayılla bağlı daha bir ‘həbs qərarı’
Gözlə

No media source currently available

0:00 0:15:22 0:00

Xədicə İsmayılla bağlı daha bir ‘həbs qərarı’

Araşdırmaçı müstəqil jurnalist Xədicə İsmayılova deyir ki, onu yenidən həbs edə bilərlər. Onun sözlərinə görə, son iki həftədə ona müxtəlif mənbələrdən belə məlumatlar daxil olub, yaxınları izlənilməyə başlayıb. Jurnalist bildirir ki, əvvəl düşünüb ki, onu qorxtumaq, narahat etmək üçün belə bir addımı atırlar. Amma hökumətə yaxın mediada onun 500 min avro qrant alması haqda yazılanlardan sonra belə bir planın olduğuna inanıb:

“Son iki həftədə 3 mənbədən məlumat gəlib ki, hansısa yeni bir cinayət işi tikirlər. Qrantlarla bağlı məlumatları düzüb-qoşmağa çalışırlar. Məlumat düzətlməyə cəhd edirlər, çünki belə məlumatlar yoxdur. Hökumətaltı mediada da bu haqda məlumatlar çıxanda artıq başa düşdüm ki, konkret müəyyən addımlar atılır. Son iki həftədə mənim digər bank hesablarıma da həbs qoyulub. Görünür, məni susdura bilmədiklərini görüb, yenidən həbs etdirmək istəyirlər”.

Dekabrın 19-da Bakı İnzibati İqtisad Məhkəməsi Xədicə İsmayılovanın Beynəlxalq bankdakı hesabına həbs qoyulması haqda qərar çıxırıb. Xədicə İsmayılova düşünür ki, fəaliyyəti hökumətə sərf etmir, ona görə də yeni həbs planı hazırlanır.

Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunub, 7 il 6 ay azadlıqdan mərhum edilmişdi, amma bir il altı aydan sonra şərti azadlığa buraxılıb. Lakin Xədicə İsmayılova deyir ki, azadlığa çıxandan sonra fəaliyyətini davam etdirib. O “Azərbaycan pulyuyan maşını” adlı silsilə araşdırmaların müəlliflərindəndir. Dekabrın 13-də Avropa Parlamentində bu araşdırma ilə bağlı çıxışı olub.

Hələlik hüquq-mühafizə orqanları Xədicə İsmayılovanın yenidən həbs edilməsi haqda iddialarına münasibət bildirməyiblər.

Deputatlardan repressiyaya çağırış

Son aylar həm də xaricdə yaşayan azərbaycanlı fəallara və siyasi mühacirlərə qarşı cinayət işinin başlanması, axtarışa verilməsi haqda xəbər var.

Elə dünən, dekabrın 18-də parlamentdə millət vəkilləri bu mövzuda da danışıblar.

Millət vəkili Elman Nəsirov deyib: “Biz Avropada uğurlar əldə edirik, Avropa Parlamentində uğurlara imza atırıq. Amma Avropada sığınacaq tapan, ermənilərin əlində vasitə olan milli dönüklər Azərbaycan əleyhinə kampaniyalar aparırlar. Azərbaycanın konstitusyon qurluşunun, dövlətçiliyin devrilməsi ilə bağlı bəyanatlar verirlər. Bu artıq cinayət əməlidir. Buna hər birimiz münasibət bildirməliyik”.

Millət vəkili Siyavuş Novruzov: "burdan hüquq-mühafizə oqranlarına səslənirəm. Bir aylıq monitorinq aparın və nəticələrini aparıb, o xarici dövlətlərin qarşısına qoyun. Soruşun ki, sizin ölkəyə qarşı dövlət çevrilişinə çağırış olsaydı, silahlanma ilə bağlı fikirlər olsaydı, dövlət başçısına qarşı təhqirlər olsaydı həmin insanlara qarşı nə edərdiz?”

Əli Həsənov həbslərin siqnalını verir?

Prezident köməkçisi Əli Həsənov da öz Facebook səhifəsində yazıb ki, xaricdə yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərənlər qanun qarşısında cavab verməlidilər.

O belələrinə misal kimi Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəlinin adlarını çəkib.

Fəallardan biri olan Orduxan Teymurxanın terrora çağırışda ittiham olunaraq axtarışa verildiyi haqda dekbarın 7-də xəbərlər yayılıb.

Politoloq Hikmət Hacızadə hesab edir ki, müxalif fəallar, jurnalistlər, Azərbaycan hökumətinin xaricdə yaşayan tənqiçilərinə qarşı son zamanlar baş verənlər yeni həbs dalğasından xəbər verir.

Son iki ayda təkcə Xədicə İsmayılova deyil, başqa jurnalistlər də onların həbsinə hazırlıq getdiyini bildirirlər. Kriminal qəzetinin baş redaktoru Anar Məmmədov və basta.info saytanın redaktoru Mustafa Hacıbəyli Gəncə hadisələrinə görə istintaqa cəlb olunublar. Onlar dövlət əleyhinə açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunurlar. Jurnalistlər ittihamları rədd edilər.

AzadlıqRadiosu bu barədə Bakı sakinləri arasında sorğu keçirib:

Jurnalistlərin həqiqəti yazmasına kimlər mane olur?
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Moskva rəsmi Bakını "Meydan"la qorxudur

Politoloq Hikmət Hacızadə isə deyir ki, nəinki jurnalistlərə, ümumilikdə cəmiyyətə qarşı rejimin bir basqısı var. Məqsəd də cəmiyyəti nəzarət altında saxlamaqdır:

“Bu rejimin Ukraynadakı “Meydan” hərəkatından sonra tutduğu kursdur, yoldur. Moskvadan gəlib başa salıblar ki, vətəndaş cəmiyyəti fəallarına elə-belə baxma. Pul bunlara gəlir, onlardan da gedir siyasi partiyalara. Ukraynada belə oldu, sizdə də eynisi təkrarlana bilər. Bax, rəsmi Moskva bizimkilərin başını, beynini bu ideya ilə doldurub.”

Hikmət Hacızadə bildirir ki, hakimiyyət tərəzinin bir gözünə həbslərə görə beynəlxalq imicinin itirilməsini, digər gözünə isə cəmiyyət nəzarətdən çıxsa hakimiyyəti itirmək riskini qoyur. Ona görə də beynəlxalq basqılara baxmayaraq, həbsləri davam etdirir.

Amma Azərbaycan hökuməti ölkədə bütün azadlıqların qorunduğunu bəyan edir, onu tənqid edənlərin əməlini isə anti-Azərbaycan qüvvələrinin işi sayır.

Sosial şəbəkələrdə fəallar yeni cinayət işlərini, həbsləri hökumətin sosial şəbəkələri, özəlliklə, Facebook-u bağlamaq, klanlararası savaşın nəticəsi kimi, ümumlikdə tənqidlərin qarşısını alaraq, cəmiyyəti nəzarətdə saxlamaq niyyəti ilə izah edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG