Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:51

'Hakimiyyətdaxili qrupların hamısı bu məsələdə dilbirdir'


Mitinqdən sonra ölkədə baş verən bütün hadisələr burda
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Mitinqdən sonra ölkədə baş verən bütün hadisələr burda

Ötən həftə sonu Bakıdakı etiraz aksiyalarında ən çox müzakirə olunan mövzulardan biri də polisin davranışı oldu. Bəs, polisin davranışı öncəki aksiyalardan nə ilə fərqlənirdi?

Elə aksiyanın keçirildiyi gün, oktyabrın 19-da Avropa İttifaqının sözçüsü Maja Kocijancicin adından izdihamın dağıdılması və iştirakçıların həbsi zamanı səbəbsiz aşırı gücdən istifadə olunması haqda bəyan yayıldı.

Oktyabrın 21-də isə Avropa Şurasının İnsan haqları komissarı Dunja Mijatović yürüşlərin qəddarlıqla dağıdılması, polisin davranışı və Azərbaycanda insanların dinc etiraz hüququ sarıdan narahatlığını bildirib:

“Hüquq-mühafizə əməkdaşlarının qeyri-adekvat gücdən istifadə etməsini pisləyir, hakimiyyəti pis rəftarla bağlı iddiaları yubanmadan, effektiv araşdırmağa çağırıram. Hakimiyyət hüquq-mühafizə əməkdaşlarının dinc etirazçılara qarşı aşırı gücdən istifadəsini önləməkdən ötrü səmərəli tədbirlər görməli, sərbəst toplaşma azadlığına tam əməl olunmasını təmin etməlidir”.

Dunja Mijatovic bildirir ki, polis zorakılığı ilə dağıdılan 19 oktyabr yürüşündən bir gün sonra, qadınlara qarşı zorakılıq və məişət zorakılığına qarşı etiraz da oxşar aqibətlə üzləşib. Son aksiyanın məramını nəzərə alaraq, ondan yayılan görüntülərin özəlliklə narahatlıq doğurduğu qeyd olunur, çünki “bu aksiyada qadınlara qarşı zorakılığın dayandırılması, Avropa Şurasının İstanbul Konvensiyasının ratifikasiya olunmasına çağrılırdı”.

Milli Şuranın aksiyasına gələnləri polis saxlayır
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

İqtidar polisin hərəkətlərini müdafiə edir

Hakim Yeni Azərbaycan Partiyası 19 oktyabr aksiyası ilə bağlı toplantı keçirib. Həmin toplantıda çıxışçılar bu aksiyanın Azərbaycanı istəməyən xarici qüvvələrin işi adlandırılıb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, aksiyada polisin davranışı adekvat olub. O, bəzi beynəlxalq təşkilatların polisin davranışı ilə bağlı bəyanatlarını qərəzli adlandırıb:

“Bir sıra beynəlxalq təşkilatlar yəqin ki bundan sonra da özlərinin qərəzli fikirlərini bildirəcəklər. Artıq Avropa Birliyinin adından belə bir qərəzli bəyanat yayılıb. Amma elə Avropa Birliyinə üzv ölkələr, Fransada, İspaniyada qanunsuz toplantılar zamanı polisin darvanışı ilə Azərbaycan polisinin davranışı heç müqayisə belə edilə bilməz. Azərbaycan polisi ixtişaş cədhinə, qanunsuz aksiya cəhdinə baxmayaraq, çox təmkinlə, səbrlə və qanuni normalara uyğun davranırdı”.

Bəs görəsən Bakı sakinləri bubbarədə nə düşünürlər? AzadlqıRadiosu sorğu keçirib:

Aksiyalarda polisin vətəndaşlarla davranışı haqda nələr deyə bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Oktyabrın 19-da bir neçə müxalifət partiyası və ictimai fəalın birləşdiyi Milli Şura, 20-də isə bir qrup qadın haqları müdafiəçiləri Bakının mərkəzində aksiyaya cəhd ediblər. Hər iki aksiyanın qarşısını polis alıb. Saxlananlar və xəsarət alanlar var.

Əli Həsənov 2003-cü ili xatırlayıb

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 19 oktyabr aksiyasını 2003-cü ildə, 15-16 oktyabr hadisələrinə bənzədir. O, öz rəsmi Facebook hesabında yazır ki, həmin hadisədən 16 il keçsə də, nə radikal müxalifətin siması, nə də ki, onların təşkil etdiyi aksiyaların xarakteri dəyişib.

Baş nazirin müavini Əli Əhmədov isə bildirib ki, aksiyaları təşkil edənlər Azərbaycanı gözü götürməyən qüvvələrdir:

“Bu qanunsuz hərəkətlər Prezident İlham Əliyevin Qarabağla bağlı çıxışlarından, eləcə də, cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf edir. Yəqin ki, Azərbaycanın inkişafını gözü götürməyənlər, xalqın ruh yüksəkliyinin artmasından xofa düşən xarici dairələr və daxildəki destruktiv qruplar birbaşa təxribat törətmək qərarına gəliblər. Azərbaycanda maraqlı dairələrin sifarişi ilə sabitliyi pozmaq, xaos yaratmaq niyyəti aydın görünür. Destruktivlərə və onların açıq və gizli havadarlarına çirkin niyyətlərini həyata keçirməyə, ölkənin 1990-cı illərin əvvəllərində yaşadığımız müsibətləri yenidən yaşamasına imkan verilə bilməz və verilməməlidir”.

"İslahatların heç "İ" hərfi də yoxdur"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli düşünür ki, hakimiyyətin mitinqlərlə bağlı münasibəti dəyişməyib. Hətta razılaşdırılmış aksiyalar zamanı belə aksiya öncəsi və sonradan həbslər olub. Onun fikrincə, hakimiyyətin yeganə yanaşması maksimum şəkildə toplanışların qarşısını almaqdır. Bu məsələdə bütün hakimiyyətdaxili qüvvələrin fikri birdir:

“Ölkədə işsizlik, pensiyalar, əmək haqları, mülkiyyət hüquqları və digər problemlərlə bağlı etirazlar var. Özləri də fərqindədirlər ki, idarə edə bilmirlər. Bölgələrdə yarıtmaz idarəçilik var, korrupsiya bütün hər yanı bürüyüb. Hesabatlı bir sistem qurulmalıdır, buna isə iradələri çatmır. Bunun əvəzində isə narazılıqların qarşısınıa almağa çalışırlar. Yəni, bu məsələdə hakimiyyət monolitdir. İslahatlarla bağlı deyilənlər isə sadəcə imitasiyadır. Azərbaycanda islahatların heç “İ” hərfi belə yoxdur”.

Son zamanlar prezident İlham Əliyev Azərbaycanda ciddi islahatlara başlandığını bəyan edir. Bir neçə gün öncə, oktyabrın 15-də cari ilin 9 ayına dair iqtisadi müşavirədə deyib ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Amma İlham Əliyev konkret ad çəkməyib.

Milli Şura 19 oktyabr aksiyasına yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətindən şəhərin mərkəzinə yaxın 3 yer təklif etmişdi. Amma icra hakimiyyəti bur yerlərin heç birini münasib saymayaraq, Milli Şuraya Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsini təklif etmişdi.

Bundan sonra, Milli Şura rəhbərliyi bu cavabla Konstitusiya ilə onlara verilən sərbəst toplaşmaq azadlığının pozulduğunu bildirərək razılaşdırılmamış aksiyaya qərar vermişdilər.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG