Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:53

Hakimiyyət Bakı meriyasına seçki keçirməkdən niyə çəkinir? (VIDEO)


Bakı Bələdiyyəsi İlham Əliyevə rəqib ola bilərmi?
Gözlə

No media source currently available

0:00 0:09:58 0:00

Bakı Bələdiyyəsi İlham Əliyevə rəqib ola bilərmi?

Qarşıdan bələdiyyə seçkisi gəlir, dekabrda bələdiyyə seçkisi olacaq, amma nədənsə, ictimai-siyasi həyatda müzakirələr həmin bələdiyyə seçkisi haqqında yox, gələnilki parlament seçkisi haqqındadır.

Hüquq müdafiəçisi, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov deyir ki, bələdiyyələr bilərəkdən nüfuzsuz qurum kimi saxlanır. Beləki, iqtidar mərkəzi hakimiyyətinin nəzarətindən kənar, xalqın özünün seçə biləcəyi idarəçi qurumu özünə təhlükə kimi görür.

O, böyük Bakı şəhər bələdiyyəsinin hələ də yaradılmamasına da səbəb kimi bunu göstərir:

“Bakı böyük şəhər bələdiyyəsinin sədri ilə bağlı niyə seçki keçirilmir sualını verəndə, bunu açıq olaraq deməsələr də, müxtəlif kuluarlarda aydın etiraf edirlər ki, “Bakı şəhəri Azərbaycanın əsas infratruktur məkanıdır, böyük maliyyə kapitalı burda toplaşır, eyni zamanda əhalinin böyük bir kəsimi burda toplaşıb, meriyaya seçkilər keçirtmək faktiki ikinci prezident seçmək deməkdir ölkə çapında. Bu səlahiyyətləri biz onunla bölüşə bilmərik”. Bu, hakimiyyət üçün, onun postu üçün bir təhlükə mənbəyinə çevrilə bilər”.

Bütün Azərbaycan bələdiyyələri və Tbilisi büdcəsinin 10 faizi

Binə bələdiyyəsinin sədr müavini Cəfər İsayev deyir ki, onların büdcəsi azdır, ildə təqribən 150 min manatdır, ərazidə də əsas sözükeçən bələdiyyə deyil:

“Qəsəbədə icra nümayəndiliyi var, onlar da icra hakimiyyətinin nümayəndəsidir. Əsas səlahiyyət sahibi onlardır. Bələdiyyə də imkanı nə var, onu edir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Ağayev Bakı Tədqiqatlar İnstitutu üçün hazırladığı araşdırmada yazır ki, keçən ilin dövlət büdcəsindən ümumilikdə ölkə üzrə 1606 bələdiyyəyə 35 milyon manat ayrılıb, bu isə Tbilisi meriyasının büdcəsinin 10 faizinə çatmır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Bələdiyyələrdən gözləntiniz nədir?
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə bu ilin əvvəlində Trend agentliyinə müsahibəsində deyib ki, bələdiyyələrlə bağlı dəyişiklik olmalıdır:

"Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar”.

Necə olur ki, Gürcüstanda?...

Bəs necə olur ki, Azərbaycanla eyni vaxta müstəqillik qazanmış Gürcüstanda bələdiyyə sistemi artıq inkişaf etməyə başlayıb?

Tbilisi sakini Soso Aprismashvili AzadlıqRadiosuna deyir ki, bu şəhərdə yerli bələdiyyənin əhəmiyyəti böyükdür:

“Kəndlər və şəhərlər inkişaf etməsə, ölkə də inkişaf etməyəcək. Seçkinin nəticələrinin nəyisə dəyişəcəyini bilmək çox vacibdir. Tbilisidə bu, doğrudan da belədir. Amma Gürcüstanda çoxlu bələdiyyələr var ki, hələ də, çoxlu dəyişikliyə ehtiyac var”.

İqtisadi təhlilçi Rövşən Ağayev Gürcüstanda və Ermənistanda bələdiyyələrin daha nüfuzlu olduğunu deyir.

Onun sözlərinə görə, paytaxt Tbilisi özünüidarə hüququ olan region statusuna malikdir. Digər bələdiyyələrdən fərqli olaraq, Tbilisi bələdiyyəsinin daha geniş səlahiyyətləri var, bələdiyyə ilkin səhiyyə xidmətinin, fövqəladə hallarla bağlı xidmətlərin təşkili kimi əlavə məsələlərə də cavabdehlik daşıyır, öz büdcəsini təsdiqləmək və vergilər müəyyən etmək səlahiyyətləri onun geniş maliyyə muxtariyyətinə sahib olduğunu göstərir.

“Gürcüstan təcrübəsindən də göründüyü kimi, problemin köklü həll yolu qanunvericilikdə yerli özünüidarəetmənin yerli hakimiyyət statusu qazanması, onların “müstəsna”, “təbii” və “ötürülə bilən” səlahiyyətlərinin çox dəqiqliklə ayrılmasıdır. Yerli icra strukturlarının birdən-birə ləğvi mümkün olmasa, yaxud bu qurumları yerlərdə mərkəzi hökumətin təmsilçisi kimi saxlamaq istəyirlərsə, ən azından yerli xidmətlərin göstərilməsi, yerli inkişafın planlaşdırılması ilə bağlı səlahiyyətlər seçkili şuralara və merlərə ötürülməlidir”.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 27-də keçiriləcək. Yeni seçilmiş tərkib beş il fəaliyyət göstərəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG