Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 16:33

Kadr siyasətində quda, kürəkən, qardaş faktoru


Ramiz Mehdiyevi Samir Nuriyev əvəz elədi, nələr dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Ramiz Mehdiyevi Samir Nuriyev əvəz elədi, nələr dəyişəcək?

Bölgələrdə İcra başçıları dəyişirsə, rayon adamının da güzəranı yaxşıya doğru dəyişə bilərmi? Oktyabrın 31-də president İlham Əliyev Xaçmaz və Yevlax rayonlarının icra başçılarını dəyişdi. Xalq Cəbhəsi Partiyasının Yevlax şəhər şöbəsinin rəhbəri Şəkər İsgəndərli deyir ki, yeni təyinatların rayonda həyatı dəyişəcəyinə inanmır:

“Rejimin adamlarıdır, onlar da buyruq quludurlar. 1993-cü ildən bəri gələn icra başçıları Yevlax ərazisinə elə əzazil davranırlar ki… Yevlaxda bir icra başçısı vardı. Kiminsə torpaq sahəsini istəmişdi, o adam da verməmişdi. Həmin adamın torpaq sahəsindəki torpağı “Kamaz”la daşıtdırdı…”

Meydan TV yazır ki, Yevlaxın yeni icra başçısı Anar Tağıyev, Bakının icra başçısı Eldar Əzizovun kürəkənidir.

Xaçmazın yeni icra başçısı Elnur Rzayev isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayevin qardaşıdır. Bu məlumatları hakimiyyətdən təkzib edən olmayıb.

Prezident İlham Əliyev yeni başçılarla görüşdə deyir ki, onlardan gözləntisi var - gərək rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənsinlər, tədbirlər görsünlər.

Bələdiyyələr hakimiyyətsiz qaldıqca

Məsələ burasındadır ki, Azərbaycanda qanunla yerli özünüidarəni bələdiyyə həyata keçirir və vətəndaşın dərdinə biganə qalan şəhər rəhbərini prezident yox, elə camaatın özü seçki ilə seçməlidir.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, bələdiyyələr hələ də nüfuzsuzdur və onların işini hələ də icra hakimiyyətli görür:

“Bizdə ilk əvvəl yerli özünüidarəetmə sistemi yaradılmalıdır. İcra hakimiyyəti isə yalnız mərkəzi hakimiyyətin nümayəndəliyi funksiyasını yerinə yetirməlidir. Bələdiyyə sisteminin inkişaf etdirilməsi vacibdir. Yerli əhali öz problemlərinin həllində özü iştirak etməlidir. Yerli əhali mərkəzi hakimiyyətə müraciət edib, onun qərarını gözləməməlidir. Çünki bu çox uzun bir prosesdir və nəticə etibarilə problem həll olunmamış qalır”.

Toğrul Maşallı deyir ki, bu problem yalnız rayonlar üçün deyil, Bakı üçün də xarakterikdir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

İcra başçılarından razısızmı?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Barmaq silkələməklə rüşvət yığışdırılarmı?

Prezident İlham Əliyev hələ özünün verdiyi sərəncamının mürəkkəbi qurumamış yeni təyin etdiyi icra başçılarına deyir ki, rüşvət almayın. İlham Əliyev gənc kadrlarına elə iclasdaca barmaq silkələyir:

“Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır”.

Sonra prezident özü deyir ki, bu yara-yəni rüşvət yarası inkişafı ləngidir.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, şəffaflıq icra hakimiyyəti strukturunda ciddi problemdir:

“Onlar ümumiyyətlə qeyri-şəffaf fəaliyyət göstərirlər. Onlar öz xərclərini tender vasitəsilə həyata keçirməlidirlər. Bir çox hallarda onlar ya gizli halda bunu həyata keçirirlər, ya da çox şübhəli şirkətlərlə müqavilələr bağlayırlar. Ona görə də ictimaiyyət icra hakimiyyətlərinin xərclərinə nəzarəti də itirib”.

Ümumilikdə Azərbaycan hakimiyyəti mərkəzi icra hakimiyyətini gücləndirməkdə, seçkili və məhkəmə orqanlarının işinə müdaxilə etməklə bağlı tez-tez tənqid olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG