Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 13:45

Məhkəməni şouya çevirən hakim


Judge Caprio

Rusiyanın Snob.ru saytı yazır ki, ABŞ-ın Rod Aylend ştatının Providens şəhərinin hakimi Frank Caprio YouTube kanalında fırtına yaradıb.

Caprio məhkəmə dinləmələrində elə hey zarafatlar edir, gülür və bəzən hökmün çıxarılmasını müttəhimin yaxınlarına tapşırır. Nəticədə hətta ən ağır işlərdən sonra da adamlar məhkəmə zalını yaxşı əhval-ruhiyyədə tərk edirlər.

Artıq 20 ildir ki, efirdə olan “Providensdə yaxalanmış” (Caught in Providence) televiziya proqramı bu proqramda hakim Caprio-nun məhkəmə iclaslarından parçaları yayınlayandan sonra məşhurlaşıb.

Hakim deyir ki, 20 il əvvəl onun kiçik qardaşı ağır depressiyaya düşüb. O öz səyyarkamerası ilə şəhərdə baş verən hadisələri ucdantutma çəkirdi. Onun süjetlərində polis zabitləri, müəllimlər, həkimlər və yanğınsöndürənlər görünürdü. Ayrıca veriliş ssenarisi olmasa da, o son dərəcə məşhurlaşmışdı. Hakim Caprio deyir ki, bunun səbəbi ekranlarda “adamların dövlətinin” görünməsi idi.

Bir dəfə Caprio-nun xanımı təklif edib ki, bu verilişlərdə ərinin də məhkəmə dinləmələri nümayiş etdirilsin.

Bu vaxt artıq bu veriliş üçün yerli telekanalda gündə iki saatlıq efir verilmişdi.

Hakin Caprio-nun məhkəmə dinləmələrini fərqləndirən cəhət odur ki, o çox vaxt qərarın qəbul edilməsini müttəhimlərin uşaqlarından xahiş edir.

Caprio deyir ki, uşaqlar çox ədalətli olurlar. Hələ bir uşaq da deməyib ki, onun atası və yaxud anası elə-belə məsuliyyətdən azad edilsin.

Məsələn məhkəmələrdən birində cavan bir kişiyə cərimə cəzası verilməliydi.

Caprio öz adətincə hakimlər kürsüsünə kişinin 5 yaşlı oğlunu dəvət etmişdi.

O deyirdi: Vəziyyət belədir. Sənin atanı 30 dollar da cərimə edə bilərəm, 90 dollar da. Səncə hansı daha yaxşıdır?

Uşaq 30 dollar seçimini edəndə Caprio demişdi: “Sən çox ədalətli qərar çıxardın. Amma gəl bu gün sənin atana mərhəmət göstərək. Mən onu 30 dollar cərimə edəcəyəm. Amma o yerdə qalan 30 dollara səni səhər yeməyinə dəvət etsin...”

Caprio Snob.ru-nun suallarına cavab verərəkən deyib ki, Amerikanın məhkəmə sistemi dünyada ən yaxşı sistemdir.

Bəs görəsən Caprio evdə, arvadı ilə öz arasında düşən mübahisələri necə həll edir?

O belə cavab verib: “Bu vəziyyətlərdə mübahisəni bir qayda olaraq mən uduram. Çünki o, son nəticədə məndən istədiyini alır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG