Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:44

Yeni direktor gələn kimi qarderobçu qızı işdən azad etdi


Qazaxıstanda orta məktəb (arxiv fotosu)

Qazaxıstanda keçmiş məktəb işçisi hökumətdən on minlərlə dollar təzminat tələb edir. Onun iş yerində cinsi qısnamayla bağlı məhkəməyə şikayəti nadir iddialardan biridir. Bu haqda AzadlıqRadiosu-nun qazax xidməti yazır.

O, iş yerində cinsi qısnamaya məruz qaldığını sübut etmək üçün altı ilə yaxın mübarizə aparmalı olub. Ancaq Qazaxıstanın şimalındakı Pertsevka kənd məktəbinin keçmiş işçisi Anna Belousova-nın döyüşü hələ sona çatmayıb.

Buna da bax:​ Qazaxların 75%-i hesab edir ki, uşaqları döymək olar

22 MİN DOLLAR TƏZMİNAT İSTƏYİR

35 yaşlı Belousova bu həftə paytaxt Astananın Saryarqa məhkəməsinə müraciət edərək hökumətdən 22 min dollar təzminat tələb edib.

Qadınlara qarşı Diskriminasiyanın bütün Formalarının Ləğvi haqqında BMT konvensiyası (ingiliscə qısa adı – CEDAW) 2015-ci ildə Belousova-nın iddiasını dəstəkləyərək Qazaxıstan hökumətinə ona "mənəvi və maddi ziyana" görə maliyyə təzminatı ödəməyi tövsiyə edib. Ancaq konvensiyanın tövsiyələri icbari deyil.

Belousova-nın vəkilləri deyirlər ki, bunun üstündən iki ilə yaxın keçsə də, Qazaxıstan hökuməti heç bir tədbir görməyib.

Buna da bax: Qazaxıstanda elektron gündəlik narahatlığı

“ORTA ASİYADA PRESEDENTİ YOXDUR”

Kostanaydakı İnsan Hüquqları Bürosunun regional rəhbəri Anastasiya Miller-in sözlərinə görə, Belousova-nın Qazaxıstanın məhkəmələrinə davamlı olaraq cinsi qısnamayla bağlı şikayət etmək və sonradan işi ölkə xaricinə çıxarmaq qərarının "təkcə Qazaxıstanda deyil, bütün Orta Asiya regionunda presedenti yoxdur".

Anastasiya Miller
Anastasiya Miller

Miller Qazaxıstan hökumətini "cinsi qısnama qurbanına" kompensasiya ödəməyə çağırıb.

Bu sahədə etibarlı rəqəmlər əldə etmək çox çətindir. Ancaq Qazaxıstanda cinsi qısnamaya dair məhkəmə iddialarına çox az rast gəlinir. İş yerində baş verən belə hallar barədə isə, ümumiyyətlə, dövlət qurumlarına məlumat verilmir.

Ailəli, iki uşaq anası Belousova-nın Kostanay əyalətinin Pertsevka kənd məktəbiylə bağları dərindir. Onun hər iki valideyni bu məktəbdə işləyib. Özü də ilk dəfə bu məktəbdə oxuyub.

Buna da bax:​ Qazaxıstan Azərbaycandakı pullarını almaq üçün xüsusi komisiya yaradıb

“MƏNƏ DEDİ Kİ, ONUNLA YATMALIYAM”

Belousova-nın 18 yaşı olanda məktəb onu qarderobçu işinə götürüb. O, 11 il, 2010-cu ildə yeni direktor gələnə qədər bu işdə çalışıb.

Belousova iddia edir ki, o, yeni direktor tərəfindən cinsi qısnamaya məruz qalıb.

“O mənə dedi ki, onunla yatmalıyam, əks halda işdən çıxmalıyam. O, dönə-dönə məni öz iş otağına çağırdı, ancaq mən razılaşmadım", – Belousova deyir.

Belousova iddia edir ki, seksual tələbləri geri çevrilincə, direktor ondan pul tələb edib.

2016-cı ildə AzadlıqRadiosu-nun qazax xidmətinə müsahibəsində adının çəkilməsini istəməyən məktəb direktoru Belousova-nın iddialarını təkzib edib.

Buna da bax: Təhsil müdirinə 70 min dollar cərimə

DİREKTOR DA ONU MƏHKƏMƏYƏ VERİB

2011-ci ilin mayında Belousova-nın iş müqaviləsinin vaxtı bitib, direktorsa müqaviləni uzatmayıb. Belousova onun bu addımını müdirlə yatmaqdan imtinasıyla bağlayır. Onun sözlərinə görə, 11 il ərzində hər il məktəb onun müqaviləsini problemsiz uzadıb.

Belousova-nın cinsi qısnamaya görə rayon məhkəməsinə müraciətləri uğursuz olub. Bundan sonra o, hüquq mühafizə orqanlarına müraciət edib və hətta prezidentə məktub yazaraq direktora qarşı cinayət işi başlanılmasını tələb edib.

Onun sözlərinə görə, iki şahidin qeydləri və direktorla mobil telefon söhbətlərinin yazısı ola-ola, hər dəfə ona iddiasında cinayət tərkibinin olmadığı deyilib.

Buna da bax:​ İşsiz-peşəsiz peşə məktəbləri...

Direktor da öz növbəsində Belousova-nı böhtanda ittiham edərək onu məhkəməyə verib. O, işi udub və məhkəmə Belousova-nın onun məhkəmə xərclərini ödəməsi və məktəbin işçi heyəti qarşısında üzr istəməsi barədə qərar çıxarıb.

HÖKUMƏTƏ MADDİ TƏZMİNAT ÖDƏMƏK TÖVSİYƏ OLUNUR

Ancaq Belousova sonadək mübarizə aparmaq qərarına gəlib. 2013-cü ildə o, işi ölkədən kənara, CEDAW-ya çıxarıb.

CEDAW-nun iki il sonra çıxardığı qərarda deyilir ki, Qazaxıstan Belousova-nın hüquqlarını qorumaqla bağlı “öhdəliyini yerinə yetirməyib".

Komitə Qazaxıstan hökumətinə Belousova-ya maddi təzminat ödəməyi tövsiyə edib.

Buna da bax: Türk dövlətlərinin latın əlifbasına keçid təcrübəsi

2017-ci ilin martında Qazaxıstanın Ali Məhkəməsi Kostanay məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qərarda isə deyilir ki, rayon təhsil şöbəsi ödəniş etməli deyil.

İndi Belousova BMT agentliyinin tövsiyə etdiyi təzminatını almaqdan ötrü maliyyə nazirliyinə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG