Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Qazaxıstanda elektron gündəlik narahatlığı


Qazaxıstanda məktəblilər üçün elektron gündəlik saytı
Qazaxıstanda məktəblilər üçün elektron gündəlik saytı

Qazaxıstan məktəblərində "elektron gündəliklər" tətbiq edilir. Kundelik.kz saytında valideynlər onlayn rejimdə nəinki uşaqlarının qiymətlərinə nəzarət edə, həm də ev tapşırıqlarını görə bilirlər. Ancaq istifadəçi müqaviləsinin bir neçə maddəsi valideynləri qane etmir. Məsələ burasındadır ki, bazaya üçüncü şəxslər, o cümlədən reklam sifarişçiləri də daxil ola bilir. Saytn özü isə məktəb gündəliyindən daha çox sosial şəbəkəni xatırladır. Dövlət məktəblərinin direktorları sinif rəhbərlərindən bütün şagirdlərin "elektron gündəlik" sistemində qeydiyyatdan keçməsini tələb etsələr də, Qazaxıstanın təhsil və elm naziri belə bir məcburi tələb qoyulduğunu danır.

“MƏNƏ ELEKTRON GÜNDƏLİK GƏRƏK DEYİL”

Ancaq görünür, valideynlərin kundelik.kz sistemində qeydiyyatdan keçməsini direktorlardan çox ciddi şəkildə tələb edirlər. Sinif rəhbərləri valideyn iclasları keçirərək bu işin vacibliyindən danışırlar. Valideynlərdən bütün şəxsi bilgilər toplanır. Bunlar arasında şəxsiyyət vəsiqəsinin nömrəsi, yaşayış ünvanı və hətta fərdi identifikasiya nömrəsi (FİN) də var.

Anar Bekbasova, şagir anası, vevral 2017
Anar Bekbasova, şagir anası, vevral 2017

"Niyə, məsələn, elektron poçt ünvanımı, yaxud telefon nömrəmi yox, FİN-imi elektron gündəliyə bağlayırlar? Nə qədər olmasa, FİN-in hansısa siyahıda, yaxud bazada olması düzgün deyil. Prinsipcə, mənə elektron gündəlik gərək deyil. Uşağım 3-cü sinifdə oxuyur və onun necə oxuduğunu gözəl bilirəm. Onun kağız gündəliyi var", – valideyn Anar Bekbasova deyir.

Bütün dövlət məktəblərində elektron gündəliyin məcburi tətbiqiylə təhsil nazirliyi yox, özəl şirkət məşğul olur. Nazirsə qeyd edib ki, heç kəsin, valideynləri kundelik.kz saytında qeydiyyatdan keçməyə məcbur etməyə ixtiyarı yoxdur.

Onun sözlərinə görə, "Elektron gündəlik" özəl təşəbbüsdür və dövlət ona bir qəpik də pul xərcləməyib. Nazir deyir ki, layihənin təşəbbüskarları onun müəyyən bazarda üstünlüklər verdiyini görürlər.

“BU, ÇOX TƏHLÜKƏLİDİR”

Respublikanın uşaq məsələləri üzrə müvəkkili, parlamentin deputatı Zaripa Balieva isə hesab edir ki, gündəliyin tətbiqinə görə təhsil nazirliyi məsuliyyət daşıyır:

"Təhsil dövlətin məsuliyyətidir. Ona görə dövlət standartlarına əməl etmək vacibdir. İstənilən özəl şirkət məktəblərə gəlib "filan şeyi tətbiq edəcəyəm" deyə bilməz. Əvvəlcə onlar valideynlərdən icazə almalıdırlar. İkincisi də, uşağın hüquqları qorunmalıdır. Onda görə də Təhsil nazirliyi buna yol verməməlidir".

Astana sakini Aselim Abildinovanın məktəbdə oxuyan üç uşağını "elektron gündəlikdə" qeydiyyatdan keçiriblər:

"Mən kundelik.kz-da qeydiyyatdan keçəndə təəccübləndim. Bu, əsl sosial şəbəkədir. Profil şəklini yükləmək lazımdır, dostluq təklifi göndərmək və qəbul etmək, musiqi yükləmək olur. Bir sözlə, "VKontakte" şəbəkəsindən az seçilir. Sonra da bəlli oldu ki, kundelik.kz-ın mənim və uşağımın bütün məlumatını reklam məqsədilə üçüncü şəxslərə ötürmək ixtiyarı var. Saytın istifadəçi müqaviləsindəki maddəyə görə, üçüncü şəxslər, o cümlədən reklam sifarişçiləri məlumat bazasına çıxış əldə edə bilərlər. Mənim və uşaqlarımın şəxsi bilgilərini hansısa üçüncü şəxslər açıb görə biləcəklər. Hesab edirəm ki, bu, çox təhlükəlidir".

Qazaxıstanda orta məktəb
Qazaxıstanda orta məktəb

Kundelik.kz saytında qeyd edilir ki, tezliklə 1,5 milyon şagird və 2 milyon müəllim saytda qeydiyyatdan keçəcək. Ancaq təhsil naziri ölkənin ən həssas təbəqəsi olan uşaqların məlumatlarının nə üçün Rusiya şirkətinə ötürüldüyü barədə suala cavab verməyib.

15-30 MİLYON DOLLARLIQ QAZANC

Ancaq daha bir detal var: valideynlərə deyiblər ki, bir aylıq istifadədən sonra "elektron gündəlik" pullu olacaq. Qiymətləri görmək üçün "şagirdin sinifdə reytinqi" seçimini işə salmaq lazımdır. Saytın sahibi təkcə bu funksiyadan ildə 5 - 10 milyard tenge, başqa sözlə, 15 - 30 milyon dollar qazana biləcək. Ancaq görünür, müəllimlərin əməyi nəzərə alınmır.

"Bu gün gündəliyin 2 forması paralel mövcuddur: həm kağız, həm elektron. Belə çıxır ki, sinif rəhbəri həmin 5 min tengelik maaş əvəzində iki sənəd doldurmalıdır. Özü də hər müəllimin dərsdə noutbuku və internetə çıxışı yoxdur. Buna görə bir çox müəllimlər öz vəsaitləri hesabına router alaraq kompüterə qoşulur, qiymətləri, tapşırıqları və s. daxil edirlər", – parlamentin deputatı Irina Smirnova deyir.

"Kundelik.kz" Rusiyanın "Dnevnik.ru" platforması əsasında yaradılıb. Ona görə də, saytın ödənişi tengedən rus rubluna konvertasiya olunmuş şəkildə gerçəkləşdirilir.

"’Elektron gündəlik’ təhsil nazirliyinin bütün prinsiplərinə ziddir. Deyirlər ki, ‘fərdi yanaşma tətbiq edirik, uşağın psixoloji durumu nəzərə alınacaq’. Burada isə uşaq üzərində totalitar nəzarət var. Məlumat dərhal valideynə ötürülür. Uşağın bu məqamı müəllimlə işləməyə, qiymətlərlə bağlı münasibətlərini nizamlamağa imkanı olmur", – Məclisin deputatı deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG