Bir qrup dindar aprelin 12-də Bakıdakı “Hacı cavad” məscidinin sökülməsi cəhdinə etiraz edib. Hadisə yerinə polislər gəlib. Dindarlar deyirlər ki, məscidin boşaldılması ilə bağlı Yasamal rayon icra hakimiyyətindən xəbərdarlıq alıblar, amma məscidi boşaltmaq niyyətləri yoxdur.